İdman
UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək
UEFA FİFA prezidenti Canni İnfantinoya qarşı daha qətiyyətli addımlar atmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Romen Molina "X" sosial media səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, UEFA üzvləri Polşada sentyabrın 5-dən 27-dək keçiriləcək 20 yaşadək qadınlar arasında dünya çempionatını boykot etməyəcək. Lakin Avropa futbol qurumunun İnfantinoya qarşı daha genişmiqyaslı tədbirlər görəcəyi gözlənilir.
UEFA ilə FİFA arasında gərginlik İnfantinonun dünya çempionatlarının kommersiya hüquqlarının 20 faizinin özəl investorlara satılmasını nəzərdə tutan planından sonra kəskinləşib. Sözügedən təşəbbüs ciddi etirazlara səbəb olub və sonradan geri götürülüb.
UEFA prezidenti Aleksander Çeferin isə İnfantinonun 2027-ci ilin martında keçiriləcək FİFA prezident seçkisində rəqibsiz qalmayacağını bildirib. Çeferin özü namizəd olmayacağını açıqlasa da, İnfantinoya qarşı alternativ namizədin ortaya çıxacağını deyib.
Bundan əvvəl UEFA, Asiya Futbol Konfederasiyası (AFC) və KONKAKAF-ın İnfantinoya qarşı etimadsızlıq səsverməsi imkanını müzakirə etdiyi barədə məlumat yayılmışdı.
Beləliklə, dünya futbolunun əsas qurumları arasında qarşıdurmanın yaxın aylarda daha da kəskinləşəcəyi gözlənilir.
Müəllif: Adəm
-
Yaxın Şərq13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı
-
Nida Xəbər 12:33Azərbaycan və İordaniya arasında viza rejimi aradan qaldırılır
-
Nida Xəbər 12:18Deputat ailələr üçün tələb irəli sürdü: Mənzil, bağça, təhsil və...
-
Yaxın Şərq11:06Dubaydan Təl-Əvivə uçan təyyarə qaçırıldı - Göyərtədə 100-dən çox İsrail vətəndaşı var
-
Yaxın Şərq10:18Qüds ermənisi haray çəkdi: Biz tualet deyilik, dayanın
-
Rəsmi xronika09:40İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
-
Sosial09:30Bakının bu ərazisində evlər söküləcək - VİDEO
-
ABŞ09:00ABŞ nüvə sualtı qayığı ilə bağlı yeni qərar verdi










.jpg)



























