Kriminal
Bakıda sevgilisini döyən şirkət rəhbəri cəmi 50 manat cərimələndi
Bakıda sevgi münasibətində olduğu qadına şiddət göstərdiyi bildirilən vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxtda fəaliyyət göstərən şirkətlərdən birinin icraçı direktoru olan 1978-ci il təvəllüdlü Ceyhun Muradov (soyad şərti) barəsində protokol tərtib edilib.
Belə ki, Nərimanov rayon sakini Şəfiqə Xəlilova (ad-soyad şərti) polisə şikayət edərək uzun müddətdir sevgi münasibətində yaşadığı Ceyhunun onu döydüyünü və təqib etdiyini bildirib.
Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsində şikayətlə bağlı araşdırma aparılıb və cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilib. Əvəzində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və saxlanılıb.
Sentyabrın 18-də vəzifəli şəxs protokolla birgə Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə Şəfiqə Xəlilova bildirib ki, xeyli müddətdir ailəli olan Ceyhundan ayrılmaq istəsə də, qarşı tərəf bununla razılaşmır: “Təxminən 1 il əvvəl ona ayrılmaq istədiyimi dedim. Ceyhun Nərimanovda yaşadığım ünvana gələrək məni döyüb xəsarət yetirdi. Bir neçə gün əvvəl də telefonda danışan zaman ayrılmaq istədiyini dedim, bu zaman məni hədələdi və polisə müraciət etdim”.
Polisə təqdim edilmiş səs yazısından məlum olub ki, Ceyhun Şəfiqəni hədələyərək təhqir edib.
Barəsində protokol tərtib edilmiş şəxs, qısqanclıq zəminində Şəfiqə ilə tez-tez mübahisə etdiyini deyib. Törətdiyi əməllərdən peşman olduğunu bildirən Ceyhun Muradov məhkəmədən barəsində yüngül cəza tədbiri görməsini xahiş edib.
Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr tarixli qərarı ilə Ceyhun 50 manat cərimə edilərək məhkəmə zalından sərbəst buraxılıb.
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz















.webp)






.jpg)











.jpg)

.jpg)