Dünya
Türkiyədən Yunanıstanın Egey dənizi ilə bağlı qərarına etiraz
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Egey dənizini də əhatə edən “Sənaye və Təchizat Zənciri üzrə Xüsusi Məkan Çərçivəsi”nə növbəti dəfə münasibət bildirib.
Publika.az xəbər verir ki, Türkiyə XİN sözçüsü Öncü Keçəli “X” hesabında paylaşım edərək avqustun 28-də elan olunan sənədin Ankara üçün hüquqi nəticə yaratmadığını açıqlayıb.
O bildirib ki, çərçivənin Egey dənizində beynəlxalq müqavilələrlə Yunanıstana verilməyən bəzi əraziləri də əhatə etməsi Türkiyə tərəfindən qəbul edilmir.
Keçəli qeyd edib ki, Ankara 7 dekabr 2023-cü il tarixli Afina Bəyannaməsinə əsaslanan yanaşmanı dəstəkləyir və Egey dənizinin iki sahilyanı ölkəsindən biri kimi Yunanıstanla əməkdaşlığa hazırdır.
Qeyd edək ki, Yunanıstanın yeni çərçivəsi sənaye və logistika sektorunun inkişafı, yaşıl texnologiyaların və strateji investisiyaların təşviqi, eləcə də sahil və dəniz ərazilərində xüsusi zonaların müəyyənləşdirilməsini nəzərdə tutur. Sənədə Egey dənizində statusu mübahisəli ərazilərin daxil edilməsi Türkiyənin etirazına səbəb olub.
-
İdman22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 22:0437 yaşlı yeni başçının dosyesi
-
MDB21:13Rusiyada fişəng zavodunda dəhşətli yanğın: ölü sayı artdı - Yeniləndi
-
Nida Xəbər 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə13:27Əvəz Zeynallı vəfat etdi
-
Dünya13:24Trampın keçmiş vəkili ilə türk iş adamının 10 milyonluq toyu: Görün kimlər gəlib - FOTOLAR
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?















.jpg)

.jpg)






.jpg)







.jpg)