Kriminal
Müəllim 2-ci sinif şagirdini boğub öldürdü - FOTO
Hindistanın Uttar Pradeş ştatında polis bir uşağın ritual qətlində şübhəli bilinən 5 nəfəri saxlayıb.
Publika.az “India Today”ə istinadən xəbər verir ki, şübhəlilər müəllimlər və məktəb direktorudur.
İstintaqın məlumatına görə, məktəb direktorunun atası “qara sehr” ritualları həyata keçirib və bunun əsasında sui-qəsdçilər qurban kəsmək niyyətində olublar.
Bildirilir ki, sentyabrın 6-da bir qrup müəllim bu yolla şagirdi öldürmək istəsə də, oğlan qaçaraq canını qurtara bilib. Uşağın valideynlərinin şikayətindən sonra aparılan müayinə nəticəsində boğulma cəhdi təsdiqlənib. Cinayətkarlar nədənsə dərhal saxlanılmayıb və sentyabrın 22-də məktəb yataqxanasında yaşayan başqa uşaqla bu prosesə yenidən cəhd ediblər.
İstintaq müəyyən edib ki, əvvəlcə yatmış ikinci sinif şagirdi məktəb binasının kənarına aparılıb, lakin o, ayılan kimi cinayətkarlar qorxaraq onu yenidən otağa gətirib və orada boğublar. Mərhumun atası daha sonra bildirib ki, həmin gün məktəbdən ona zəng gəlib və uşağın ağır xəstə olduğunu bildiriblər. Valideynlər məktəbə gedərkən onlara yenidən zəng gəlib və uşağın “vəziyyətinın pisləşdiyini”, ona görə də xəstəxanaya aparıldığını deyiblər. Mərhumun atası bildirib ki, o, müəllimlərin olduğu avtomobilə çatsa da, lakin onları dayandıra bilməyib. Sədabad şəhərində müəllimlərin olduğu avtomobili saxlamaq mümkün olub, amma içəridən uşaq meyiti tapılıb.
Qeyd edək ki, yerli polis beş nəfərin həbs edildiyini bildirib. Sən demə uşağı "məktəbin rifahını təmin etmək üçün" öldürüblər.
Adəm

-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü














.webp)








.jpg)










.jpg)

.jpg)