Kriminal
"İxrac çempionu"nun məhkəməsi: 326 milyonluq qaçaqmalçılıq
Kölgə iqtisadiyyatı qurmaqla ölkədən qaçaq yolla 326 milyonluq məhsul çıxarmaqda və qanunsuz sahibkarlıqda ittiham olunan şəxslərin məhkəməsi davam etdirilib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə Şirinov Elvin Valeh oğlu, Hidayətov Zöhrab Raqub oğlu və Hümbətov Qaçqın Şura oğlu mühakimə olunur.
Onların cinayət əməlləri Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa edilib.
Bundan əvvəlki iclas təqsirləndirilən şəxslərin iş materialları ilə tanış olmamaları səbəbindən yarımçıq qalmışdı. Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən hazırlıq iclasının davamında işin məhkəmə baxışına verilməsi və qətimkan tədbirlərinin dəyişdirilib-dəyişdirilməməsi müzakirə edilib.
.jpg)
Şirinov və Hidayətov sərbəst mühakimə edilmək istəyiblər. Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəməyə qoşulan müttəhimlər barələrində seçilmiş qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş ediblər. Tərəflər başqa heç bir vəsatət qaldırmayıblar.
Hakim qətimkan tədbirlərinin dəyişdirilmədən işin məhkəmə baxışına verilməsinə qərar verib.
İlk baxış iclası noyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən Elvin Şirinov barədə mətbuatda maraqlı detallar yer alır.
Ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”larına əsasən, əvvəllər-məsələn 2021-ci ildə ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında olmadığı halda, 2023-cü ildə qəfildən qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında ilk onluqda 1-ci yeri tutub. Görünən odur ki, Elvin Şirinov adı əvvəllər heç yerdə getməyən, birgə ittiham edildiyi dustaq yoldaşı Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxenasiyasının iştirakçılarından yalnız biridir.
İş materiallarında bəhs etdiyimiz cinayətlərlə bağlı kifayət qədər faktlar yer alır. Məhkəmənin növbəti baxış iclasında daşların tək-tək yerinə oturacağı görünəcək.
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
-
Nəqliyyat28 Avqust 18:30Bakıda axşam tıxacı: 18 yol keçilməz oldu
-
Yaxın Şərq28 Avqust 14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region28 Avqust 13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
























.jpg)








.jpg)

.jpg)