“Real Madrid” Brahim Diasın müqaviləsini 2031-ci ilə qədər uzatdı
Bizi izləyin

İdman

“Real Madrid” Brahim Diasın müqaviləsini 2031-ci ilə qədər uzatdı

“Real Madrid” Brahim Diasın müqaviləsini 2031-ci ilə qədər uzatdı

İspaniyanın “Real Madrid” klubu Mərakeş millisinin hücumçusu Brahim Diasla müqavilənin müddətini uzadıb.

Publika.az xəbər verir ki, Madrid təmsilçisi 1999-cu il təvəllüdlü futbolçu ilə yeni müqavilə imzaladığını rəsmən açıqlayıb. Razılaşmaya əsasən, 26 yaşlı oyunçu 30 iyun 2031-ci ilədək komandada çıxış edəcək.

Brahim Diasın əvvəlki müqaviləsi 2027-ci ilin yayında başa çatmalı idi. Son dövrlər futbolçunun adı İtaliyanın bir sıra klubları, o cümlədən “Yuventus”, “Milan”, “Roma” və “Napoli” ilə hallanırdı. Lakin yeni anlaşma onun İtaliya çempionatına qayıtması ilə bağlı ehtimallara son qoyub.

Brahim Dias 2019-cu ildə “Real Madrid”ə qoşulub. Milan klubunda icarə əsasında çıxış etdikdən sonra 2023-cü ilin yayında Madridə qayıdıb. O, İspaniya klubunun heyətində indiyədək 173 oyuna çıxıb və 7 titul qazanıb. Bunlara Çempionlar Liqası, Klublararası Dünya Kuboku, UEFA Superkuboku, iki La Liqa və iki İspaniya Superkuboku daxildir.

Mərakeş millisinin də üzvü olan hücumçu yığmada 36 matçda 15 qol vurub. O, 2025-ci il Afrika Millətlər Kubokunun bombardiri olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm