Dəb
Filmlər üçün tikilmiş milyon dollarlıq libaslar - FOTOLAR
Kinolarda cazibədar aktrisaların geyindiyi dəbdəbəli paltarlar sonradan ən az film qədər əfsanəyə çevrilir. Çünki onların hər birinin maraqlı tarixi var. Publika.az filmlərdə ən çox yaddaqalan libasları təqdim edir:
“The Seven Year Itch”
2011-ci ildə Debbie Reynolds 600-ə yaxın kolleksiyanı hərraca çıxarıb. Kolleksiyada Merilin Monro tərəfindən 1955-ci ildə “The Seven Year Itch” filmində geyindiyi qırçınlı ağ donu 4,6 milyon dollara satılıb.
“My Fair Lady”
Sesil Beatonun hazırladığı, aktrisa Odri Hepbernin 1964-cü ildə çəkilmiş “My Fair Lady” filmində geyindiyi paltar 3,7 milyon dollara satılıb.
“The Sound of Music”
Julie Andrevsın baş rolda oynadığı filmdə və məşhur "Do-Re-Mi” mahnısını ifa etdiyi səhnədə geyindiyi paltar inanılmaz ucuz qiymətə hazırlanmışdı. 2013-cü ildə isə hərraca çıxarılan paltar 1,56 milyon dollara satılıb.
“Gentlemen Prefer Blondes”
Merilin Monronun bu filmdə geyindiyi, dəyəri isə təxminən yüz min dollar olan qırmızı ziyafət paltarı hərracda 1,2 milyon dollara satılıb.
“Breakfast at Tiffanys”
1961-ci ildə Odri Hepbernin filmdə geyindiyi məşhur qara paltar “Hubert de Givenchy” moda evi tərəfindən hazırlanıb. Hepbernin 1993-cü ildə ölümündən sonra onun xeyriyyəçilik fəaliyyətinin davamı olaraq paltar hərraca çıxarılır. Paltardan əldə edilən gəlir kimsəsiz uşaqlara xərclənib. Paltar hərracda 900 min dolların üstündə satılmış və bütün gəlir “City of Joy Aid” fonduna bağışlanmışdı.
“The Wizard of Oz”
Cudi Qarland tərəfindən 1939-cu il çəkilən filmdə geyilən paltar 2012-ci ildə 480 min dollara satılmışdı.
“Titanic”
Filmdəki “The Heart of the Ocean” ləl-cəvahiratı 1997-ci ildə çəkilmiş “Titanik” filminin tək dəyərli aksessuarı deyildi. Rouz Devitt Bukaterin geyindiyi qırmızı şifon qiyafə 2012-ci ildə hərracda 330 min dollara satılmışdı.
“Gone with the Wind”
“Küləklə sovrulanlar” filmində Skarlett Oharanın geyindiyi savaş öncəsi dövrdən ilham alınmış paltar hərracda 137,000 dollara satılıb. Paltarın 1960-cı illərdəki həqiqi qiyməti isə 20 dollardır. Paltarın belə baha qiymətə satılmasının səbəbi var. “Universal” studiyasının saç və makiyaj departamentindən məsul olan Ceyms Tumblin adlı işçi bu paltarı köhnəlmiş vəziyyətdə yerdə tapır və hərraca çıxarır.
Fidan
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi