Dəb
Məşhur xanımlardan nümunəvi ofis stilləri
Qırmızı xalı keçidlərində təmtəraqlı libasları ilə göz qamaşdıran Hollivud ulduzlarının gündəlik çıxışları da bir o qədər maraqlı, fərqli və diqqətəlayiqdir.
Publika.az oxucuları ulduzların ilhamverici ofis stilləri ilə tanış edir:
Uzunboğaz çəkmə

Universitet tərzi elementlərini ilin əsas trendi, hündürdaban çəkmələrlə birləşdirmək bu qışın ən maraqlı moda cərəyanlarından biridir. Viktoriya Bekhemə diqqət yetirin, onları midi yun yubka və sviterlə uyğunlaşdırın.
Tvid jaket və dəri şalvar

Eleqant və çox fransızsayağıdır... Klassik cinsləri bu mövsüm aktual olan dəri şalvarlara dəyişin və obrazı tvid pencəklə tamamlayın. Vodolazka geyinməklə dəstə 70-ci illərin notlarını əlavə edə bilərsiniz.
Cins, bleyzer və jilet

Cinsə bleyzer və dəbli jilet əlavə edərək daha maraqlı görkəm ərsəyə gətirə bilərsiniz. Bu üsul ofis üçün uyğundur, burada həddən artıq ciddi geyim kodlarına riayət edilmir. Utilitar üslubda hazırlanmış jilet və ya hətta minimalist sırıqlı kurtka istifadə etmək olar.
Kostyum və uzun palto
.jpg)
İspaniya kraliçası Letisiyadan nümunə götürərək klassik yanaşmadan istifadə edin. Ciddi dama-dama kostyumun bej palto ilə ahəngini yaradın. Bundan lüks nə ola bilər?
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir





































