Dəb
Yazın ən dəbli çalarları - FOTO
Zeytun yaşılı çəhrayı və sarı ən dəbli çalarlar siyahısına daxil edilib. Solğun yaşıl populyarlığını bu gün dəbdə olan hərbi geyimlərə borcludur. Odur ki, xakinin müxtəlif çalarları bizə çoxdan tanışdır. “Boz” qış obrazlarından yorulmusunuzsa və ya şokedici neon çalarları xoşunuza gəlmirsə, sakit zeytun çalarlarına daha yaxından baxmağın vaxtı çatıb.
Publika.az xəbər verir ki, yaşılın solğun versiyaları instaqram ulduzlarının da qarderobuna yol tapıb. Bu trend rəng nəcib tonlar siyahısına daxil edilir və istənilən geyim çeşidlərində də rast gəlinir.
Üstəlik, bu rəngi uyğunlaşdırmaq da son dərəcə sadədir. Bunu küçə tərzi ulduzlarının şəkillərinə baxaraq söyləmək olar, zeytun yaşılı qara rəngin çalarlarını bir anda hərəkətə gətirdi. Sakit yaşıl çantalar heç bir şəkildə praktikliyi baxımından adi bej və bozdan seçilmir.
İkincisi, heç bir çalar zeytun yaşılı qədər lüks və cah-calallı görünmür, hətta qəhvəyi rəng də onunla müqayisə edilə bilməz. Modapərəstlər yaşılın dərinliyini lakonik qara elementlərlə vurğulamağa üstünlük verirlər. Sakit yaşıl ilə qəhvəyinin vəhdəti də aktualdır.
Yer tonları bu mövsüm həmişəkindən daha aktualdır, odur ki, bu rəng uyğunluğunu da əldən vermək sadəcə yolverilməzdir. Dəb blogerlərinin ən təəccüblü birləşməsi bəlkə də bütün giləmeyvə tonları ilə zeytun rənginin duetidir. Açıq yaşıl şalvarı çəhrayı neylon torba çanta və ya ipək kofta ilə kombinə etməkdən çəkinməyin. Bu kombinasiya sizi yazın ən dəbli xanımı edəcək.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar



















.jpg)


.jpg)















