Dəb
Yazın mavi köynək dəbi - FOTO
Boş və rahat kəsim, standart uzunluq və səma çalarları baza geyimlərinin təməlidir. Odur ki, bu gün müasir qadın qarderobunu açıq mavi uzunqollu köynəksiz təsəvvür etmək çətindir.
Publika.az xəbər verir ki, açıq mavi köynəklər yaz trendləri arasında xüsusi diqqətə layiqdir. Əvvəllər mavi köynək yalnız ofis geyimi sayılırdı, bu günsə onlarla fərqli obrazların yaradılmasında iştirak edir. Onu həm ofis, həm idman, həm də çimərlik geyimləri ilə uyğunlaşdıra bilərsiniz. Universal tonu onu istənilən rənglərlə sintez etməyə imkan verir. Lakin mavinin bütün çalarlarının ən mükəmməl uyğunluğu parlaq qırmızı, zoğalı və qəhvəyi ilə vəhdətindən əldə edilir. Unutmayın ki, bu, istifadə müddəti olmayan bir geyimdir, heç vaxt dəbdən düşməyəcək və hər vəziyyətdə işinizə yarayacaq.
Mavi köynəyin əsas pərəstişkarlarından biri Yulia Pelipasdır. Ukraynalı stilist onu vodolazka, jilet və kostyumlarla birləşdirir.

Bloger Leandra Medine də əla ideyalar nümayiş etdirir, onu ipək üst, pijama şalvar və yumşaq qum rəngli mokasenlərlə geyinir.

-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO







































