Dəb
Payızın 4 trend rəngi - FOTO
Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək.
Publika.az xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasını qurmaq üstün bir məziyyət hesab olunsa da, deməliyik ki, obrazın bir rəng üzərində qorunması indi daha çox ön plandadır.
Kobalt mavisi

Kobalt mavisi, elektro və ya Yves Klein Blue - bu rəngin bir çox adı var və ona aşiq olmaq üçün hamısını bilmək lazım deyil. Ancaq bir şeyi dəqiq bilirik - bu parlaq, lakin nəcib rəng uzun müddət bizimlə qalacaq. Ən azından önümüzdəki bir neçə ay ərzində.
Lavanda təmizliyi

Bənövşəyinin bu açıq tonu ardıcıl olaraq bir neçə ildir ki, dəbdən düşmür. Pantone İnstitutunun tövsiyəsinə əsasən yeni mövsümdə onu parlaq sarı rəngdə geyinməyi məsləhət görürük. İstər dünya, istərsə də instaqram ulduzlarının stillərindən ilham axtarmağı məsləhət görürük.
Alqırmızı

Əslində heç vaxt dəbdən düşməyən, ancaq mövsümlərdən asılı olaraq çalarlarını dəyişən zamansız bir rəngdir. Bu mövsüm dizaynerlər demək olar ki, yekdilliklə alqırmızıya səs verir və onu çəhrayı ilə birləşdirməyi təklif edirlər.
Zümrüd və ya ot yaşılı

Görünür, dizaynerlər yaz-yay mövsümünün əsas trend rəngindən kifayət qədər istifadə etməyib və ondan doymayıb. Həqiqətən də, sözün əsl mənasında enerji yayan bu heyrətamiz rəngi görməzlikdən gəlmək çətindir. Yeri gəlmişkən, yaşılın gözlərə sakitləşdirici və bütövlükdə sinir sisteminə sakitləşdirici təsir göstərdiyi çoxdan sübuta yetirilib. Yaşıl qara rəngin fonunda xüsusilə cəlbedici təsirə malikdir. Bu həqiqət dizaynerlərin eskizlərindən də yan keçməyib.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)
















