Dəb
İspan kraliçasının Coli ilə moda yarışı - FOTO
İspaniya kraliçası Letisiya Ortizin obrazları bir qayda olaraq lakonik və çox sadədədir. Buna baxmayaraq, hər çıxışında maraq doğura bilir.
Publika.az xəbər verir ki, ölkənin birinci xanımı Tudela şəhərində keçirilən mükafatlandırma mərasimində iştirak edib. O, Opera Prima Film Festivalında qaliblərə mükafatlar təqdim edib.
Bu münasibətlə kraliça “Cos” markasından uzunqollu qara bir paltar seçib. O, bu libasını “Burberry”dən geniş dəri kəmər və qara “Prada” stilettoları ilə tamamlayıb.
İspaniya mətbuatı isə kamera işıqlarının yanıb sönməsi nəticəsində kraliçanın büstqalterinin görünməsini tənqid edib. Hər halda belə şəraitdə də o, zərifliyi və təmkinini qoruyub saxlayıb – protokol pozuntusu olmayıb.
Bundan əlavə, bu geyimdə kraliça Ancelina Coli ilə minimalizmin ən dəbli tərəfdarı adı uğrunda asanlıqla yarışa bilər. Çünki onun bu çıxışı hər zaman moda cərəyanlarından daha çox lakonik geyimlərə üstünlük verən Hollivud aktrisasının ruhuna uyğun gəlir.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















