Dəb
Kraliça libası ilə diqqət mərkəzində - FOTO
İspaniya kraliçası Letisiya yaşıl və mavi naxışla işlənmiş zanbaqlı libası ilə bütün diqqəti öz üzərinə toplaya bilib.
Publika.az xəbər verir ki, dünən Qətər əmiri xanımı ilə birlikdə Madridə gəlib.
Rəsmi qarşılama üçün İspaniya kraliçası ən incə geyimlərindən birini seçib. Onun bu seçimini bəlkə də son ayların ən uğurlu çıxışlarından biri adlandırmaq olar.
“Karolina Herrera”nın naxışlı zanbaqları olan qar kimi ağ paltarı modapərəstləri valeh edib: uyğun üslub kraliçanın zərif bədənini, qollarını və tünd, parlaq dərisini əla vurğulayıb.
Stilistlər onun paltarını mavi klatçla uyğunlaşdırıblar. Zinət əşyalarına gəlincə, Letisiya dəbdəbəli göy sapfir sırğaları ilə gözəlliyinə xüsusi bir parıltı əlavə edib. Obrazını o, artıq kral klassikinə çevrilmiş düz fenlənmiş saçlarla tamamlayıb. Xatırladaq ki, Keyt Middlton rəsmi tədbirlərdə eyni üsluba üstünlük verir.
Axşam isə Qətər əmiri xanımının şərəfinə İspaniya kralı və kraliçası sarayda təntənəli ziyafət verib. “Gabriel Lage” moda evindən ziyafət libası ilə şam yeməyinə qatılan kraliçanın bu çıxışı da bir o qədər müzakirə olunub. Enli qolları olan uzun gümüşü krujeva paltar geyinən kraliça sadə və bir o qədər eleqant saç yığımına üstünlük verib. Obrazın əsas bəzəyi isə Qətər şeyxinin İspaniyaya dövlət səfəri münasibətilə kraliçaya hədiyyə etdiyi brilliant sırğalar olub.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ














.jpg)
























