Dəb
Ağ mayka yay dəbinin meqa hiti olacaq - FOTO
Minimum səy - maksimum təsir: ağ maykadan daha yaxşısı yoxdur!
Publika.az xəbər verir ki, bu sadə geyim həmişə nəcib görünür, üstəlik onunla çoxqatlı dəstlər tərtib etmək rahatdır. Ağ maykaların dəbə minməsi qəfil hadisə deyil, onlar moda həftələri şoularının əsas parçaları idi.
Dünya şöhrətli dizaynerlər onları həm klassik, həm də cins şalvarlarla uzlaşdırmağı məsləhət görür. Məsələn, “Prada”nın yaz-yay kolleksiyasının əsasını elə ağ maykalar təşkil edir. Həm də köməkçi fon kimi həm işgüzar, həm də axşam görünüşünə uyğunlaşır - onun sehrli xüsusiyyəti buradadır. Ümumiyyətlə, istifadəsi çox genişdir.
Fərqli şalvarlarla birlikdə o, sizə 1990-cı illərdəki Keyt Moss və digər modellərin obrazlarını yada salıb nostalji hisslər yaşadacaq. Moda tarixində maykaların ən populyar kombinini “Crazy in love” mahnısında Beyons yaradıb.
src="/storage/files/upload/c3500bd3c7a4a2eb5d5a195eb7080ed1.jpg" alt="BEYONCÉ LEGION on Twitter | Beyonce crazy in love, Beyonce crazy, Beyonce" class="fr-fic fr-dii">
Bu gün ağ maykaları necə geyinmək olar? Ən məşhur versiyası əbədi klassik - cins və ya şalvarla birləşməsidir. İstənilən uzunluqda ətəklərlə də əla görünür. Qısaqol köynək seçərkən ilk növbədə parçanın xüsusiyyətlərinə diqqət yetirin, xüsusilə isti havalarda bədənə yapışan geyimin keyfiyyətindən əmin olmaq lazımdır.
Ağ üst geyimi parlaq rənglər arasında bir dirijor kimi işləyir. Məsələn, gödəkçə mavi, yubka isə sarı ola bilər, amma ağ köynək bunları mükəmməl birləşdirəcək.
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Avropa10:04Polşa Kiyevi niyə dəstəkləyir? - Nazir əsl səbəbi açıqladı
-
MDB09:37Keçmiş baş nazirdən şok iddia: "20 milyon əhalimiz qalıb!"
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO



































.jpg)



