Dəb
Vampir filmlərinə baxmaqla varlanan bacıların UĞUR HEKAYƏSİ - FOTO
Keyt və Laura Mallivi bacıları ilham pərilərini nə təbiətdə, nə dənizdə, nə dağda, nə də hansısa şahzadə və aktrisanın gözəlliyində deyil, qorxu filmlərində axtarırlar. Onlar qədim krujevaya və ya məxmərə bürünmüş vampirlərin, qorxulu məxluqların solğun üzlərinə heyranlıqla baxırlar. Cazibədar kövrəklik və qorxuducu gücün birləşməsi vahiməli səslənsə də, onlar sonradan bacıların qurucusu olduğu “Rodarte”ın əsas açarına çevrilir.
Publika.az oxucuları “Rodarte” brendini qısa müddətdə dünyada məşhurlaşdıran bacıların uğur hekəyəsi ilə tanış edir.
“Rodarte” Amerikanın lüks geyim markasıdır. Brend 2005-ci ildə Keyt və Laura Mallivi bacıları tərəfindən təsis edilib. Moda və incəsənəti birləşdirən romantik brendin arxasında məhz onlar dayanır.
Keyt və Laura bacıları 1980 və 1981-ci illərdə Kaliforniyada anadan olublar. Bacıların atası botanik, anası isə rəssamdır. Qızların uşaqlığı rəssamlar və elm adamların arasında meşə və bağların qoynunda keçib. Brendin kolleksiyalarında tez-tez çiçək motivlərinə üstünlük verməsi bundan qaynaqlanır. Keyt və Laura uşaqlıqdan dizayner olmağın xəyalını qurublar, opera müğənnisi olan nənəsinin səhnə geyimlərinin eskizini həmişə Keyt çəkib. Şübhəsiz ki, paltar yaratmaq həvəsi bacılarına nənəsindən və rəssam anasından keçib. Qızların ən sevimli məşğuliyyəti gəlincikləri üçün paltar tikmək idi.
src="/storage/files/upload/MQh_R3ZUS2hIy3txhnujc-VL1qiFmYSZDTL1B1sTiA5SxQijxt475NQbHnhJHF69G8wNJVxJ.jpg?size=320x480&quality=96&type=album" alt="Rodarte: История о том, как две сестры основали бренд одежды, начав шить на столе в кухне!, изображение №3" class="fr-fic fr-dii">
Keyt və Lauranın moda sahəsində peşəkar təhsili yoxdur. Hər iki bacı Kaliforniya Universitetini bitirib. Keyt 19-20-ci əsrlərin İncəsənət Tarixi fakültəsində, Laura isə Ədəbiyyat şöbəsində oxuyub. Yeri gəlmişkən, Laura əvvəlcə tibb fakültəsinə daxil olub, həkim olmaq istəmədiyini anlayan qız birinci semestrdən sonra ədəbiyyat fakültəsinə keçib. Qızlar universiteti bitirdikdən sonra evə qayıdır, amma heç biri öz ixtisası üzrə işləmək istəmirdi. Dizayn etmək daha çox xoşlarına gəlirdi. Bilirsiniz, bu qızlar arzularına çatmaq üçün nə edirlər? Bir il ərzində gecə-gündüz qorxu filmlərinə baxırlar. Başqaları müstəqil həyatın dadını çıxaranda, bacılar günlərini qorxu filmləri axtarmaqla keçirirdi. Yeri gəlmişkən, Keyti yeni kolleksiyalar yaratmağa ruhlandıran məhz dəhşət saçan ekran əsərləri olub.
Bir gün nəhayət ki, bacılar yeni kolleksiya hazırlamağa qərar verir. Yaxşı, onlar paltar tikməyi bacarırdılarmı? Yox! Paltar tikməyi, kəsməyi və kökləməyi iki bacı əl-ələ verərək köhnə bir mətbəx masasında öyrənməyə başlayır. Bacılar əlləri ilə düz 10 paltar hazırlamışdılar: 7 paltar və 3 palto. Keyt və Laura etiraf edib ki, kolleksiyanı yaratmağa onları yapon trillerləri ilhamlandırıb. Moda həftəsi ərəfəsində bacılar əlləri ilə tikdikləri 10 paltarı qollarına vurub Nyu-Yorka yola düşür. Lakin heç vaxt Nyu-Yorkda olmayan Mallivi bacıları böyük şəhərin qəddar reallığına hazır deyildilər. Az qala paltarlar yolda oğruların əlinə keçsin, xoşbəxtlikdən vəziyyətdən yaxşı çıxıblar.
Nyu-Yorka çatanda əvvəlcə şirkət kimi qeydiyyatdan keçmək lazım idi, odur ki, Keyt atasının ona hədiyyə etdiyi rok qruplarının ən nadir kolleksiyasını, Laura isə “iPod”unu satmalı olur. Brendlərini analarının qızlıq soyadının şərəfinə “Rodarte” adlandırırlar. Daha sonra Nyu-Yorkun ən böyük univermaqlarını gəzib kolleksiyalarını göstərməyə başlayırlar. Libaslar həm də dünyanın bütün nüfuzlu moda jurnallarının redaktorlarına təqdim olunmuşdu. Onlar moda dünyasından heç kimi tanımırdılar, ona görə də Keyt kağızdan kuklalar düzəldir, onlara kolleksiyasındakı geyimlərin miniatür surətlərini geyindirir və moda jurnallarına göndərirdi. Belə qəribə bir reklam səs-küy yaratmışdı.
src="/storage/files/upload/007-Rodarte_Vogue-Int-07Nov18_credit-Amy%2520Harrity.jpg" alt="Выставка Rodarte в Национальном музее женского искусства в Вашингтоне" class="fr-fic fr-dii">
Nəticələr özünü çox gözlətmir! “Women’s Wear Daily”dən bacılara zəng gəlir ki, univermağın sahibi Solette Sara Lefevr sizə “Haute Couture” Moda Həftəsində mağazanın vitrinlərində paltarlarınızı nümayiş etdirmək fürsəti təqdim edir. Geyimlər həm də “Women's Wear Daily” jurnalının üz qabığına çıxır.
src="/storage/files/upload/yQTR7rTm7fUMwif5IL842QmN6JrdeptWvn_INTErMgt5kQ962e_G93C12dS7cL06EahZRL2Z.jpg?size=356x499&quality=96&type=album" alt="Rodarte: История о том, как две сестры основали бренд одежды, начав шить на столе в кухне!, изображение №4" class="fr-fic fr-dii">
Bacılar Amerika “Vogue” jurnalının şeytan ləqəbli baş redaktoru Anna Vinturun da qəlbini fəth edə bilir. Vintur şəxsən özü onlara brendin inkişafı ilə bağlı məsləhətlər vermiş və kolleksiyanı moda həftəsində təqdim etməyi təklif etmişdi. Lakin əllərində cəmi 10 modeli olduğu üçün şou baş tutmamışdı. Buna baxmayaraq, paltarların hamısını sata bilmişdilər. Keyt müsahibələrinin birində etiraf edib ki, işlərini sata biləcəklərini ağıllarına belə gətirmirdilər.
Keyt və Laura qısa müddətdə necə şöhrət qazandıqlarını hələ də anlamır. “Modellərə ancaq şokolad pulu ödəməyə imkanımız çatırdı”, - Keyt müsahibələrində gülərək xatırlayıb. Lakin bacıların sadəlövhlükləri onların işinə xüsusi təravət qazandırır. Nüfuzlu moda evlərinin kolleksiyalarının fonunda obrazlarının fantaziya yaradıcılığı seçilir. Dəb tənqidçiləri deyir ki, “Rodarte” kütləvi bazarın çox bəyəndiyi tendensiyanı neo-romantizmə qaytarıb. Mallivilər tez-tez kolleksiyalarında teatral olmaqda günahlandırılır. Laura iradlara belə cavab verir: bütün markalardan yalnız geyinilə bilən paltarlar tikmək tələb olunmalı deyil.
Kaliforniyadan, bir əyalət şəhərindən olan iki bacının şöhrəti moda aləminə çox tez yayılır. 18-ci əsrin Pre-Rafaelit (Prerafaelitlər 19-cu əsrin ikinci yarısında ingilis poeziyasında və rəssamlığında akademik ənənənin konvensiyalarına qarşı mübarizə aparmaq və klassik modelləri kor-koranə təqlid etmək məqsədilə 1850-ci illərin əvvəllərində formalaşmış bir cərəyandır) muzalarını və şahzadələrini xatırladan incə obrazlarını bu gün bütün dünya ulduzları qırmızı xalı mərasimlərində məmnuniyyətlə geyinir.
Bir çox Hollivud ulduzları romantik qadın geyimlərinə aşiqdirlər. Mişel Obama da “Rodarte”ın dəbli obrazlarının cazibəsinə biganə qalmayıb. Moda evinin əsas pərəstişkarı isə Natali Portmandır. Mullevi bacılarını “Qara qu quşu” filminin ssenari müəllifi Darren Aronofskiyə aktrisa məsləhət görüb. Beləliklə, triller həvəskarları özləri də kino sənayesinə də imza atmağa nail olub. Film üçün bütün geyimləri “Rodarte” hazırlayıb. Opera ifaçısının nəvələri də opera tamaşaları üçün geyimlər üzərində işləyirlər.
src="/storage/files/upload/0cd2ed6f53aae097b7d252854325d69be9e8r7.jpg?h=MwX4ybgvvIJNoj8sKMSpbw" alt="Мода на женственность от бренда odarte, фото № 3" class="fr-fic fr-dii">
Keytin sözlərinə görə, bu gün moda sənayesində qadın dizaynerlər 14 faizdən çox deyil. O, fəxr edir ki, “Rodarte” 2005-ci illərdə qadınların rəhbərlik etdiyi ilk tanınmış brendlərdən biri olub. Məhz bacıların həmrəyliyi sayəsində brend uğur qazanıb. Mallivi bacıları moda sənayesinin qaydaları ilə oynamırlar: ildə 4 deyil, 2 kolleksiya nümayiş etdirirlər. Onlar kişinin gözünü sevindirən açıqlığı deyil, qadınlara yaradıcı potensialını ortaya qoymağa imkan verən qadınlığı yenidən modaya gətirirlər.
Şirkətin məhsullarının qiymətlərinə gəlincə, onları çox bahalı təsnif etmək olar. Bu, təəccüblü deyil, çünki nümunələrin əksəriyyəti əl işidir. Bir paltarın hazırlanması 150 saata qədər iş tələb edir və təxminən 9500 dollara başa gəlir. İndi onların böyük həcmli işləri idarə etmək üçün unikal sənətkar və sənətkarlardan ibarət heyəti var. Keyt və Laura hesab edir ki, bu gün qadın dizaynerlərə qarşı stereotiplər var. “Bizim işimiz bəzən kişi dizaynerlərin gördüklərindən daha aşağı hesab olunur, buna görə də bizim üçün səs-salmaq çox vacibdir”, - deyən bacılar qadınlardan daha çox dəstək gözlədiklərini gizlətmirlər.
src="/storage/files/upload/5db1961e59b740065782f85a7636a3e7c31e0h.jpg?h=M91C2P7iUZfQAs0AcQSoEQ" alt="Мода на женственность от бренда odarte, фото № 1" class="fr-fic fr-dii">
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO