Dəb
60-cı illərin kostyumları yenidən dəbə minir - FOTO
Bəlkə də hər bir modapərəstin arsenalında ən azı xüsusi bir kostyumu var. Lakin bu klassik geyim parçası tendensiyaların təsiri altında mövsümdən-mövsümə bir qədər dəyişir.
Publika.az xəbər verir ki, öz kolleksiyalarında dizaynerlər başqa bir dövrə - altmışıncı illərə diqqət yetiriblər. Odur ki, podiumlarda qısa ətəklər və pencəklərdən ibarət çoxlu sayda mikro kostyumlar göstərilir. Müxtəlif moda evlərinin dizaynerlərinin kolleksiyalarında mikro kostyumlar fərqli görünür. “Giambattista Valli”nin klassik tvid kostyuma seksual yanaşması diqqəti cəlb edir. “Dior” kolleksiyasında Maria Qrazia Küri də mövsümün əsas trendinə müraciət etmək qərarına gəlib. Podium 60-cı illərin yaşıl, narıncı və sarı rəngli mükəmməl mikro kostyumlarla dolu idi. “Chanel”in mikro kostyumu daha çox axşam mərasimləri üçün əlverişlidir, işləmə və rəngli tikmə ilə bəzədilib. Bu dəst standart kokteyl paltarlarına ciddi alternativ olacaq.
Mikro kostyum ilk baxışdan göründüyündən daha çoxfunksiyalı geyimdir. O, ofisə və ya işgüzar görüşlər üçün kifayət qədər gözəl görünür. Dəstə yalnız lakonik çanta və dəri tufli əlavə etmək qalır. Tuflilələri idman ayaqqabısı ilə dəyişdirib, sevdiyiniz restoranda dostlarla şam yeməyi ilə başa çatan şəhər kənarına gəzintiyə də çıxa da bilərsiniz. Bu kostyum sadəcə əlahiddə hadisə üçün mükəmməl deyil, həm də tamamlanmış obrazdır, çünki fərqli geyimləri uyğunlaşdırmaq məcburiyyətində qalmırsınız.
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















