Dəb
Yayın minimalist dəbi - FOTO
İpək yubka qadın qarderobunun vacib elementidir, o, istənilən geyimə incəlik və şarm əlavə edə bilir. Ötən illərdə qırçınlı midi ətəklər daha çox dəbdə idisə, bu gün onları ipək variantları əvəz edir.
Publika.az xəbər verir ki, stilistlər onları soyuq günlərdə həcmli sviterlə geyinməyi təklif edirlər. Biz bu nümunəni bir çox dəb blogerinin timsalında görə bilərik. Ümumiyyətlə, belə bir ətək hər şeylə eyni dərəcədə ahəngdar görünür. Odur ki, qarderobunuza əlavə olunması sizə ancaq rahatlıq gətirəcək. Açıq rənglərin olması arzuolunandır.
Bu mövsüm ultra-qısa ətəklərdə şou davam etməsinə baxmayaraq, ipək yubka üçün ən uyğun uzunluq midi olaraq qalır. Orta uzunluqlu ətəklər həm rahat, həm də işgüzar görünüş üçün idealdır. Bundan əlavə, onlar müxtəlif üslublarla qarışdırıla bilər. Romantik görüşlər üçün trikotaj top, qısa qollu köynək və bir cüt dikdabanla mükəmməl retro görünüş yarada bilərsiniz.
İpək yubka üçün hansı ayaqqabı seçmək lazımdır? Bu görünüşü həm rahat başmaqlar, həm dikdabanlar, həm bosonojka, həm də sandallarla tamamlaya bilərsiniz. Eyni zamanda yunansayağı ayaqqabılarla tamamlamağı məsləhət görürük. Dəri və zərif ipəyin qeyri-adi kontrastı ilə oynayın və minimalist mayka top əlavə edin.
Dəri baletklar da uğurlu seçimdir. Yekunda dəstə yalnız zərif çanta əlavə etmək qalır. Belə zərif görünüş həm ofis üçün (dresss kod imkan verirsə), həm də dostlarla görüş və ya gəzinti üçün uyğundur.
Yubkaya zərif bir bluz və ya üst əlavə emtəklə kokteyl stili yaratmaq olar, əlbəttə ki, aksessuar və ya zərgərlik nümunələri haqqında unutmaq olmaz.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir





































