Dəb
Bu rənglər hələ dəbdə olacaq
Trendlər dövrü heç vaxt tükənmir: bəzi əşyalar, rənglər, siluetlər və texnikalar dəbə minir, digərlərinin isə gündəmi tərk etməsi qaçılmaz hal alır. Ancaq bu çılğın qaçışın özündə belə sabitlik tapmaq mümkündür. Məsələn, bəzi çalarlar var ki, bir neçə mövsüm əsas tendensiyaların siyahısında qalır.
Publika.az oxucuları payızda da öz mövqelərini tərk etməyəcək rəng trendləri ilə tanış edir.
Göy
Firuzəyidən daha sakit, lakin klassik tünd göydən rəngdən daha enerjili olan bu rəng parlaqlıq və sakitlik arasındakı ahəngi tapmağa kömək edəcək.
Al-qırmızı

Gələn mövsüm üçün yalnız bir rəng seçməli olsaydıq, o zaman alqırmızı ilə kifayətlənərdik: o, “Versace”, “Sportmax”, “Gucci”, “Alexander McQueen”, “Chanel” və “Dior” kolleksiyalarında eyni vaxtda yer alıb. Ancaq indi bu temperamentli tonu geyinməyə başlamağa dəyər.
Çəhrayı


Mövsümdən asılı olmayaraq, biz həmişə həyatı çəhrayı rəngdə görmək istəyirik. Bu gün Marqot Robbie və Rayan Qoslingin çəhrayı fonda çəkildiyi “Barbie” filmi bu arzumuzu bir daha təsdiq edir. Hətta insfluser qızlar sanki razılaşaraq hamısı bu romantik rəngdə geyinirlər.
Sarı

Parlaq rəngləri bir qayda olaraq yayda görməyə öyrəşmişik. Amma onlar bu payız və qışda da qarderobunuza rəng qatmağa davam edəcək. İndi dəbdə olan günəş sarısını payızda görmək sözsüz ki, bizi xoşbəxt edəcək.
Bənövşəyi

Son illərin ən uzun müddət dəbdə olan rənglərindən biri də bənövşəyinin bütün müxtəlif çalarları oldu. Payızda vəziyyət heç bir şəkildə dəyişməyəcək. “Blumarine”nin yaradıcı direktoru Nikola Broqnano başdan ayağa bu rəngdə geyinməyi məsləhət görür - tüklü xəz paltolardan tutmuş ipək koftalara qədər.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















