Dəb
İspan kraliçası “Zara”dan 25 dollarlıq paltar geyindi - FOTO
İspaniya kraliçası Letisiya obrazları həmişə zərifliyi ilə seçilir və özünün “gözəllik rekordunu” qırmağı sevir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kraliça dünən Madriddə kinofestivalın açılışında iştirak edib. Tədbir üçün qara atlas paltar seçən monarx bu geyimdə olduqca heyrətamiz görünüb. Geyim onun qol əzələlərinin relyefini effektiv şəkildə vurğulayıb. İspan ayaqqabı markası “Margit”dən seçdiyi böyük kristallarla işlənmiş sandalları sayəsində kraliça sadə geyimi maraqlı obraza çevirə bilib. Ən maraqlısı odur ki, kraliçanın “Zara” brendindən geyindiyi bu paltarın qiyməti təxminən 25 dollardır. Bu, onun “Zara”dan ilk geyimi olmasa da, kraliçanın seçimi növbəti dəfə ictimaiyyətin təəccübünə səbəb olub.
Yeri gəlmişkən, kraliça mass-marketin bir paltarıyla məhdudlaşmayıb, imicini İspaniyanın “Mango” markasının muncuqlu muftası ilə tamamlayıb. Beləliklə, Kral VI Filippin həyat yoldaşı demokratik ispan markalarına müraciət etməklə, onlara sonsuz dəstəyini nümayiş etdirib. Bu addımına görə, İspaniya kral ailəsinin pərəstişkarları sosial mediada kraliçaya minnətdarlığını bildirib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































