Dəb
Arxalıq bu payız dəbin zirvəsini fəth edəcək – FOTO
Payız-qış moda şoularının podiumlarında görünən arxalıqlar bu mövsüm trend olmağa iddialıdır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, simvolik olaraq bu geyim parçası “Taxt oyunları” serialının davamı olan “Əjdaha Evi” seriyasının nümayişi ərəfəsində mövsüm kolleksiyaların öz yerini aldı. Dizaynerlərin çoxu həqiqətən fantaziya dünyasına qərq olmağı və bu payız özümüzü məşhur dastanın güclü qəhrəmanları kimi hiss etməyi təklif edirlər. Yeri gəlmişkən, arxalıq erkən orta əsrlərə aiddir və bilavasitə cəngavər geyimidir.
“Valentino”da dizayner Pyerpaolo Piççoli düşərgə geyiminin müasir şərhini təklif edir. O, parlaq çəhrayı arxalığı eyni rəngli şalvarla təqdim edərək orijinal və çox zərif gecə obrazı yaradıb.

“Gabriela Hearst” standart bağlayıcı əvəzinə lentlə bağlanan uzun arxalıq təklif edir və onu təkrəng trikotaj dəstlə geyinməyi məsləhət görür. Belə bir dəst səyahət və ya uzun bir iş günü üçün olduqca əlverişlidir.

Bununla belə, bu mövsümdə daha avanqard versiyalara da rast gəlmək olar. Ən yaxşısını “Bevza” moda evinin kolleksiyasında görə bilərik. Brend ağ-qara rəngdə baramaları xatırladan, küləyə və yağışa davamlı bir neçə modeli nümayiş etdirib. İlk şaxtaların başladığı günlərdə belə arxalıq həm mükəmməl görünəcək, həm də sizi havanın soyuğundan qoruyacaq.

Dizaynerlərin başqa bir etibarlı ilham mənbəyi Britaniya kral ailəsinin qüsursuz tətil obrazları olub. Tikiş və funksionallığına görə, qış yürüşlərində onlar bir qayda olaraq arxalıq modellərinə yönəlirlər. Arxalıq həm də mövsümün ən dəbli uzunboğaz çəkmələri və kazak adlanan ayaqqabı modelləri ilə əla uyğunlaşır.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO


















.jpg)

.jpg)
















.jpg)


