Dəb
Şeyxin 63 yaşlı xanımının cavanlıq sirri - FOTO
Qətərin keçmiş prezidentinin həyat yoldaşı və hazırkı prezidentin 63 yaşlı anası Şeyx Moza üzündə bir neçə estetik əməliyyat keçirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Şeyx Moza bir neçə gün əvvəl YUNESKO-nun Parisdə keçirilən Beynəlxalq Təhsil Gününə həsr olunmuş yüksək səviyyəli tədbirində iştirak edib. Tədbirdə çıxış edən zati-aliləri uşaqların təshil sistemində üzləşdikləri çətinlikləri dəf etməyin yollarından danışıb. O, bildirib ki, beynəlxalq ictimaiyyət hər bir uşağın təhsil almaq hüququnu qorumalıdır.
Əlahəzrət daha sonra böhran və münaqişə zamanı təhsilin mövcud vəziyyətini əks etdirən “Təhsili hücumlardan qorumaq üçün indi hərəkətə keç” adlı rəsm sərgisini gəzib.
Konfrans üçün Şeyx Moza “Chanel”in 2022-ci ilin yaz kolleksiyasından daş-qaşlı düymələri olan kostyum seçib. O, bu dəstiylə hər kəsi valeh edib. Bunun birinci səbəbi odur ki, keçmiş birinci xanım obrazını parlaq makiyajla tamamlayıb. İkincisi, Şeyx Mozanın üzündəki dəyişikliklər nəzərdən qaçmayıb. Aydın görünür ki, o, həm qaşlarını dartdırıb, həm də bir neçə kosmetoloji prosedurla üzünü cavanlaşdırıb.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir





































