Dəb
Mövsümün 4 əsas aksesuar trendi - FOTO
Mövsüm trendləri o qədərdir ki, saysız-hesabsız çeşidlər arasından ən doğru seçim etmək həmişə çətin olur.
Publika.az bu yazıda oxucuları payızın 4 əsas aksessuarı ilə tanış edib.
Baget çantalar
Baget çantası ölməz bir klassikadır. Qeyri-adi bir çanta almaq lazım deyil: universal forma və yüksək keyfiyyətli model istənilən obrazı tamamlayacaq, eyni zamanda onu vizual olaraq daha bahalı göstərəcək. Bundan əlavə, belə bir çanta əla sərmayə olacaq, çünki dəbdən heç vaxt düşməyəcək.
Yun şlyapa

Yun şlyapaların həm qadınlar, həm də kişilər üçün payız-qış qarderobunun ayrılmaz hissəsi olduğu dövrlər çoxdan keçib, lakin dizaynerlər bu incə aksesuardan imtina etmək istəmir. Şlyapa istənilən formaya malik ola bilər - klassik fedoradan tutmuş kovboyun baş geyiminə bənzəyən təsadüfi versiyaya qədər. Belə baş aksesuarının yeganə mənfi cəhəti odur ki, küləkli havalar üçün uyğun deyil. Əlbəttə ki, Bakı kimi küləkli şəhərdə onu hər zaman əllərinizlə başınızın üstündə saxlamaq xoş deyil.
İncə bilərzik

Tennis bilərziklər də bu mövsümün trendləri arasında yer alıb. Yeri gəlmişkən, aksessuarın maraqlı tarixçəsi var: 1978-ci ildə ABŞ Açıq turnirində, elə oyun zamanı idmançı Kris Evert yıxıldı və sevimli qolbağını itirdi. Qız zinət əşyası tapılana qədər matçı dayandırmağı tələb etdi və o vaxtdan nazik parıldayan bilərziklər “tennis” adlandırıldı. Onun klassik versiyası brilyantdan hazırlanır, lakin bu gün siz onun çox fərqli qiymətlərdə möhtəşəm variantlarını tapa bilərsiniz. İstənilən halda belə bəzək əşyası nüfuzunuzu qaldıracaq.
İpək yaylıq

İpək yaylıq bəlkə də ən “burjua aksessuarıdır”. Bundan əlavə, o, çoxfunksiyalıdır, həm bandana kimi, həm də saç üçün elastik bir lent kimi, həm də çanta üçün bəzək kimi istifadə edilə bilər. Həndəsi naxışlara diqqət yetirin - onlar həmişə şık görünür və müxtəlif əşyalarla yaxşı birləşir.
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video
-
İdman16:46Dünya İranın santimetrlik ofsaydından danışır - FOTO
-
Nida Təhlil 16:25Sinan Yıldız: Azərbaycan Ordusu bütün Türk dünyasının haqlı qürur mənbəyidir
-
Nida Xəbər 15:43Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı









.jpg)

.jpg)
















.jpg)







