Dəb
Payızın ən trend geyimi - FOTO
Qolsuz vodolozkalar qışın həm günəşli, həm də şaxtalı günlərində köməyinizə gələn mövsüm trendlərindən biri olacaq. Belə bir model yalnız payız-qış görünüşlərində ahəngdar görünmür, həm də bədən quruluşunu vizual olaraq incə göstərir.
Publika.az xəbər verir ki, qolsuz vodolozkalar artıq fəşn blogerlərin də qarderobunda yer almağa başlayıb.
Çox vaxt belə bir üst trikotajdan hazırlanır - elastik parça beli və sinə bölgəsini vurğulayır, eyni zamanda isti saxlayır. İstənilən şaquli xətlər, yəni çılpaq qollar silueti vizual olaraq uzadır. Effekti artırmaq istəyirsinizsə, tünd palitraya yatırım edin - şokolad, gavalı, boz və qara rəngli qolsuz trikotajlar bu payız ən yaxşı köməkçiləriniz olacaq.
Bununla belə, bu qarderob elementinin əsas üstünlüyü yüksək boynudur. Belə uzun boğazlı köynək istənilən xanıma cazibədarlıq əlavə edir, həm də soyuq günlərdə özünüzü rahat hiss etməyə imkan verir.
Onu pencəklə birləşdirməkdən çəkinməyin, bununla parisli modapərəstlərin ruhunda klassik obraz yaradacaqsınız. Ümumi görüntünü balanslaşdırmağa kömək edən qolsuz vodolozkaları rahat və “oversize” trikotaj jaketlə də geyinə bilərsiniz.
Bu model həm klassik, həm cins şalvarla eyni dərəcədə effektiv görünür. Amma siz iki fərqli rahat və incə stil əldə edəcəksiniz.
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO







































