Dəb
Ən dəbli hicablı ərəb gözəlləri - FOTO
Uzun müddət moda sənayesi əslində müsəlman qadınların ehtiyaclarını hesaba almırdı. Xüsusilə hicablı xanımlar tez-tez şikayətlənirdilər ki, son vaxtlara qədər podiumlarda üslub məsələlərində onlara bələdçi ola biləcək heç nə təqdim olunmur. Artıq hər şey dəyişir: cəsur və gözəl müsəlman qadınlar nəinki moda aləminin qaydaları və trendləri ilə eksperimentlər etməkdən çəkinmir, həm də bütün dünyaya nümunə olmağa çalışırlar. Onların sayəsində modanın daha təvazokar və qapalı istiqaməti yarandı.
Publika.az oxucuları bütün stereotipləri məhv edən ən dəbli ərəb xanımları ilə tanış edir.
Ayda Mehnaz

Ayda Mehnaz sadəcə influenser deyil, moda sənayesində əsl peşəkardır. “Mugler” moda evində məşhurlarla işləyir: Dua Lipa, Mayli Sayrus və Kardi B-nin parlaq obrazları onun əl işləridir. Əlbəttə ki, o, ən çox bu brendin məhsullarından istifadə edir. Onun sözlərinə görə, ülgüc kimi iti yaxalıqlı “Mugler” gödəkçəsi ən pis gündə belə ovqatı yaxşılaşdırır. Ayda bütün trendləri məharətlə hicab stilinə uyğunlaşdırır. Fransanın “Vogue” jurnalına müsahibə verən Ayda hicablı halda moda sənayesində iş tapmağın asan olmadığını etiraf edib. Buna baxmayaraq, o, öz dəyərlərindən imtina etmək fikrində deyil və hicaba sadiqliyini digər qızların qısa, ya dərin dekolteli paltarlar geyinmək istəyi ilə eyni seçim azadlığının təzahürü hesab edir.
Nia Amrun

Səudiyyə Ərəbistanlı moda influenseri Nia Amrun minimalizmə sadiqdir, qat-qat üslubda isə ustadır. Təcrübəli stilist məharəti sayəsində mürəkkəb obrazlar yaradır, eyni zamanda yüngül və havalı görünür. Bunun sirri dəqiq rəng sxemi və teksturalarla işləmək bacarığında yatır. Nia adətən oxşar tonlar seçir və oxşar parçaları bir-biri ilə birləşdirir. İkonik ayaqqabı və aksesuarlar hər görünüşü tamamlayır: qız xüsusilə "Prada"nı sevir.
Nur Elxaldi

Dəbli infuenser və Ərəb-Amerika Psixo podkastının müəllifi deyir ki, onun əsas məqsədi bərabərlik və inklüzivlik uğrunda mübarizə aparmaqdır. O, müsahibəsində dilə gətirib ki, uşaqlıqda moda dünyasında özünə oxşayan birini görməyib. Buna görə də Nur moda sənayesinə inteqrasiya olunmuş müsəlman qadınların icmasını yaratmağa çalışır: bu yolla o, öz icmasının görünüşünü inkişaf etdirmək və onun üzvləri üçün bərabər hüquqlar əldə etmək niyyətindədir. Eyni zamanda, Nurun üslubu İslam qadınlarının geyimləri ilə bağlı ənənəvi fikirlərdən uzaqdır: o, tez-tez laklı paltolar, dəri gödəkçələr və damalı yubkalar kimi gözlənilməz, hətta cəsarətli paltarlar geyinir. Amma hicabı heç vaxt unutmur.
Marva Biltaqi

İrlandiya və Fələstin əsilli moda məsləhətçisi və stilist Marva Biltaqi zərifliyə üstünlük verir: axıcı parçalar, uçan siluetlər, hündürdaban ayaqqabılar və maksi uzunluq. Ciddi şalvar kostyumlarında belə qadını görünməyi bacarır. O, lələklər, biser, parlaq parçalar və krujeva kimi dekorativ elementlərdən imtina etmir.
Fatimə Alavadi

Fatimə moda dünyasında öz kursunu izləməyə üstünlük verir və bu, onun üslubu haqqında ən yaxşı xülasədir. O, trendlərə diqqət yetirir, amma heç vaxt onları kor-koranə izləmir, həmişə öz üslubuna və xarakterinə uyğunlaşdırır. O, oturmuş siluetlərə üstünlük verir, parlaq aksessuarlardan qorxmur və hər obraza bir dəyişməz element əlavə edir: onun əlamətdar vizit kartına çevrilmiş qar kimi ağ hicab.
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO







































