Dəb
Keyt Middletonun sevgi amuleti trend oldu
Görünür, krallığın imicmeykerləri Şahzadə Uilyamın “soyuq” həyat yoldaşı obrazının unudulması ilə ciddi məşğul olmağa başlayıb. Onun həyat yoldaşına boyunbağı hədiyyəsi dünya ictimaiyyətinin diqqətini çəkmək üçün atılan addım kimi qiymətləndirilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ötən gün Şahzadə Uilyam və Keyt Middleton BBC Newsbeat radio studiyasını ziyarət edib, bu zaman psixi sağlamlığa həsr olunmuş proqramı dəstəkləyiblər. Tədbirə “Zara”nın krem pencəyini geyinən Keytin yeni qalın qızıl ürək boyunbağısı fotoqrafların nəzərindən qaçıb. İddia olunur ki, bu boyunbağını ona həyat yoldaşı Şahzadə Uilyam hədiyyə edib.
“Louise's Necklace” adlı zinət əşyasını dizayner Laura Lombardi hazırlayıb və qiyməti cəmi 235 funt-sterlinqdir. Materialına gəlincə, o, misdən düzəldilib və 14 karat qızılla üzlənib, uzunluğu 40 santimetrdir.
Belə bir amulet tərzində boyunbağının Uels şahzadəsinin zərgərlik qutusunda olması olduqca nadir hadisədir. Laura Lombardi brendinin pərəstişkarları arasında Dua Lipa və Emili Ratajkovski kimi Hollivud ulduzları da var.
Qeyd edək ki, İngiltərə mətbuatında Şahzadə Uilyamın həyat yoldaşı ilə münasibətlərinin soyuqluğu barədə yazılar yayımlanır. Bundan əlavə, Kral III Çarlz və Kamilla Parker-Boulzla birlikdə çəkilən son fotoda işarə dili mütəxəssisləri Uels Şahzadəsinin həyat yoldaşına qarşı soyuqqanlı olduğunu müşahidə ediblər. Şayiələrə görə, Uels Şahzadələri yeni vəzifələr və sərt cədvəl səbəbindən növbəti böhrandan keçir: uşağa qulluq və ictimai tədbirlərdən əlavə, cütlük rüsvay olmuş şahzadələr Endryu və Harrinin himayədarlığını da öz üzərinə götürüb.
Aytən Məftun
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir





































