Dəb
Kraliça al-qırmızı libasda göz qamaşdırdı - FOTO
“Stella McCartney” markasına aid qırmızı paltar geyinən, yaqut və brilyant qaşlı sırğalar taxan Kraliça Letisiyanın Meqan Markl obrazını təkrarladığı iddia olunub.
Publika.az xarici mediaya istinadla xəbər verir ki, dünən gecə Berlinin Bellevue sarayında İspaniya kralı və kraliçasının şərəfinə şam yeməyi təşkil olunub. Qonaqları Almaniya Prezidenti xanımı ilə birlikdə qarşılasa da, həmişə olduğu kimi, müxbirlərin bütün diqqəti ispan kraliçaya yönəlib.

Oktyabrın 19-na kimi davam edəcək turnedə ilk çıxışı üçün Kraliça “Stella McCartney”dən qırmızı ziyafət libası seçib. Dəbdəbəli rəng kraliçanın obrazına xüsusi parlaqlıq bəxş edib. Sentyabr ayında Kraliça Letisiyanın 50 yaşı tamam olsa da, göründüyü kimi, o, əvvəlkindən daha yaxşı görünür.
Qeyd edək ki, arxalıqlı paltarların oxşar üslublarını həm kral ailəsi, həm də birinci xanımlar çox sevir. Bir vaxtlar Melaniya Tramp da oxşar geyimlər geyinirdi, indi Meqan Markl bu gözəl ənənəni davam etdirir. Pərəstişkarları Letisiyanın timsalında Sasseks hersoginyasının 2020-ci ilin martında Mountbatten Musiqi Festivalındakı çıxışını xatırlayıb.

Xatırladaq ki, bu paltar Letisiyanın qarderobundadır: o, 2017-ci ildə bu geyimdə Hollandiya kralının yubileyinə qatılıb. 2018-ci ildə isə Qreys Kellinin qızı Karolin Monakonun Milli Günü şərəfinə keçirilən şənlikdə eyni paltarı geyinib. Əminliklə deyə bilərik ki, qırmızı paltar hər bir aristokratın qarderobunun ayrılmaz hissəsidir və bu, diqqət çəkməyə hazır olanlar üçün ən yaxşı seçimdir.


-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq


































