Dəb
50 yaşlı kraliça 15 yaşlı qızının paltarını geyindi - FOTO
Son vaxtlar gündəmdən düşməyən İspaniya kraliçası Letisiya Ortiz yenidən medianın dilinə düşüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, adətən sərt və protokol qaydalarından kənara çıxmayan kraliça bu payız rəsmi çıxışlarında hər cür azadlığı “özünə icazə verib”.
Hər şey Madriddə Milli Opera və Balet Teatrında keçirilən konsertdə kürəyi açıq ziyafət libası ilə başladı və “H&M”nin 112 dollarlıq “deşikli” ətəyi ilə davam etdi. Bu dəfə isə Paraqvay prezidenti Mario Abdo və həyat yoldaşı Silvana Lopezin Kral Sarayındakı qəbuluna sentyabrda 50 yaşını qeyd edən kraliça 15 yaşlı kiçik qızı İnfanta Sofiyanın daha əvvəl geyindiyi “Karolina Herrera” imzalı paltarını seçib.
Kiçik qara xallı və qolları manjetli şifon don ilk baxışda bir az qeyri-ciddi təsir buraxsa da, Paraqvayın birinci xanımının obrazı sayəsində yerinə düşüb. O, kraliça Letisiyanı qar kimi ağ tikməli paltarda qarşılayıb və bu, iki yüksək səviyyəli xanımlar arasında vizual harmoniya yaradıb.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq












.jpg)



























