Dəb
Bu qış geyinmək istəyəcəyiniz libaslar - FOTO
Bir neçə mövsüm ardıcıl olaraq dəbdə olan trikotaj donlar yenidən aktuallaşıb. Zərifliyinizi ön plana çıxarmaq və göstərmək istəyirsinizsə, bu işdə trikotaj donlar köməyinizə çatacaq. Onlar soyuq havalar üçün sadəcə əvəzolunmaz seçimdir.
Publika.az xəbər verir ki, xarici ekspertlərin tövsiyyələrinə görə, şaquli xətlər bədən formalarını zərif şəkildə vurğulayır, həm də onunla istənilən obrazı yaratmaq asan olur. Qeyd olunur ki, trikotaj paltar seçərkən, yalnız dar variantlar üzərində dayanmayın, daha boş və rahat modelləri də nəzərdən keçirin.
Moda ekspertlərinin fikrincə, daha seksual görünüş yaratmaq istəyirsinizsə, dizdən bir az yuxarı olan düz variantlara nəzər salın. Özünüzü yalnız mini ilə məhdudlaşdırmayın, ancaq maksimum uzunluq seçərkən paltarın boyunuzu kəsmədiyindən əmin olun. Qışda paltarın ətəyini ləkələməmək üçün hündür platforma çəkmələr və ya dikdaban ayaqqabılarla uzlaşdırın. Üslubun sadəliyinə baxmayaraq, uzun trikotaj paltar çox qəşəng görünür, eyni zamanda sizi daha incə göstərir.
Bildirilir ki, polo yaxalıq idman stilinə yaxın olsa da, tritokaj modelinə əlavə olunmuş bu detal həm klassik, həm də sport stil yaratmağa kömək edəcək. Yaxada "V kəsim" yalnız qəşəng görünmür, həm də boyunu vizual olaraq uzadır və soyuq mövsümdə istənilən boyunbağını taxmağa imkan verir. Həddən çox olan yaxa formalarına da diqqət yetirin: uzunboğaz, düyməli, zəncirbəndli və ya lakonik. Onlar arasında sizə yaraşanı seçmək çətin olmayacaq.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir





































