Dəb
Xanımların görünüşünü dəyişəcək universal şərflər - FOTO
Havanın temperaturu kifayət qədər aşağı düşdüyünə görə, üşüməmək, eyni zamanda dəbli görünmək üçün yeni yollar axtarmağın vaxtıdır.
Publika.az xəbər verir ki, rahatlıq və istilik hissi bəxş edən uzun şərflər mövsümün aksessuar trendləri arasında lider olmağa hazırlaşır. Odur ki, qış alış-verişində belə şərflərə diqqət yetirməyi təklif edirik.
Şərflər qış qarderobunda papaq kimi praktik və zəruri bir əşyadır, suya davamlı gödəkçələrdə deyil, paltolarda gəzməyi sevənləri qardan və yağışdan qoruyacaq. Bu, xüsusilə sintetik parçalardan hazırlanmış sırıqlı şərf modellərinə aiddir. Onlar dərhal yaş olmur. Eni və uzunluğu isə istənilən üslubu sınaqdan keçirməyə imkan verir. Şərfləri çiyinlərinizə adyal kimi ata və ya papağınız yoxdursa, onları başınıza bağlaya bilərsiniz. Ucları saçaqlı variantları da tapma bilərsiniz, bu funksional detal aksessuarı klassik şərf kimi bağlamağa imkan verəcək.
Bununla belə, ən rahat variantlar yun şərflərdir. Onları hətta ən həcmli gödəkçələrlə istifadə etmək olar, qışın darıxdırıcı havasından xilaq olmaq üçün şən çalarlara üstünlük vermək lazımdır. Səhvə yol verməmək üçün sizə isti aksesuarları dəst olaraq seçməyi məsləhət görürük. Üst geyimlə aksessuarın rəngi və fakturası bir-birinə yaxın olmalıdır. Belə uzaqgörənlik tez bir zamanda öz bəhrəsini verəcək.
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO







































