Dəb
Gələn ilin əsas rəngi bu olacaq
"Pantone" Rəng İnstitutu qırmızımtıl bənövşəyini 2023-cü ilin rəngi elan edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bənövşəyinin daha tünd tonları daha məşhur olsa da gələn il onun tünd qırmızıya yaxın çalarları aktual olacaq. "Pantone" ekspertləri ilin rəngini adətən dizaynerlərin kolleksiyaları əsasında seçirdi. Lakin bu dəfə podiumda bu rəng praktiki olaraq müşahidə olunmayıb. Bəlkə də mütəxəssislər dizaynerlərin növbəti kolleksiyalarında bu rəngi görmək arzusundadır.
"Soyuğu və istini taravazlaşdıran qeyri-ənənəvi rəng. Cəsarətli, titrədən, güclü və ruhlandırıcı", - "Pantone" açıqlamasında bənövşəyini belə təqdim edib.
Bundan əlavə, bənövşəyi eksperimental ruh, süni intellekt və insan yaradıcılığı arasındakı əlaqənin dinamikasını tərənnüm edir. Yəqin ki, bu, son bir ildə böyük inkişaf əldə etmiş metaçılara bir işarədir.
Xatırladaq ki, 2022-ci ildə mavi tonlu lavanda ilin əsas rəngi idi və həqiqətən podiumlarda üstünlük təşkil edirdi.
Aytən Məftun
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































