Dəb
Mövsümün ən zəruri aksessuar trendi bəlli oldu - FOTO
Papaq şübhəsiz ki, hər kəsin qarderobunda olan bir baş geyimidir. Lakin rahatlıq və isti saxlamaq kimi mühüm bir funksiya hər papaqda tapılmayan xüsusiyyətlərdir. Odur ki, bu il dizaynerlər həm boyunu, həm də qulaqları örtən maraqlı bir baş geyimini - balaklavanı dəbə gətiriblər.
Publika.az xəbər verir ki, trikotaj və yun başlıqlar bütün başı sıx örtüdüyü üçün donmağa imkan vermir. Eyni zamanda istər kurtka, istərsə də paltolarla eyni dərəcədə effektli görünə bilir.
Gön-dəri kurtkalar
Məsələn, gön-dəri kurtkalarla belə baş geyimlərinin birləşməsi çox qəşəngdir, həm də şərfdən imtina etməyə məcbur edəcək qədər isti saxlayacaq. Klassik qəhvəyi qoyun dərisi üçün bej tonlarında bir başlıq seçin, fotodakı kombindən ilham almağa dəyər.
Sırıqlı kurtkalar

Bu birləşməni bəsit bir nümənə adlandırmaq olar. Buna baxmayaraq, ikisi birlikdə çox ahəngdar görünür. Daha ciddi təsir əldə etmək üçün başlığı gödəkçənin rənginə uyğunlaşdırın. Daha çox rəng əlavə etmək istəyirsinizsə, rəngli baş geyiminə üstünlük verə bilərsiniz. Yeri gəlmişkən, rəngli balaklava yalnız şıq dəst yaratmaq üçün deyil, həm də özünüzü sevindirmək üçün əla bir yoldur.
Palto

Balaklavan uzun paltolarla da gözəl görünəcək. Bu klassik yun, dəbdəbəli bir palto ola bilər. Paltonu eynitonlu balakvan ilə uyğunlaşdırsanız, əmin olun ki, bu qış sizi heç bir şaxta qorxutmayacaq.
Trikotaj başlıqlar
Boyundan bağlanan trikotaj papaqlar da mövsüm trendləri arasında gəlir. Bunun üçün onu dəbə gətirən "Miu Miu" brendinə təşəkkür etmək lazımdır. Model uşaq papaqlarını xatırlatsa da, yeni dizayn və materialı fərqlənməyi sevən modapərəstlərin ürəyindən xəbər verir. Bu papaqlar tez-tez balaklava ilə qarışdırılır. Onlar həqiqətən çox oxşardırlar, lakin vacib bir nüans var: trikotaj papaqlar boyunu örtmür. Bu aksessuarın bağları çənədə bağlanır, papaq adi papaq kimi geyinilir, sonra düymə ilə bərkidilir və ya bağlanır. Balaklava moda aləminə xizək idman növündən gəldiyi üçün bir qədər idman aksessuarı kimi görünür. Aşağıdakı geyimləri isə qadınsayağı bir təsiri yaradır. Onu istənilən üst geyimlə geyinə bilərsiniz.

Ümumiyyətlə, qış üçün qapaq seçərkən, ilk növbədə materialına diqqət edin. Anqora, merinos yunundan və ya kaşmirdən hazırlananlar daha yaxşıdır. Bu təbii materiallar həm isti saxlayır, həm də yumşaqlığı sayəsində saçlara zərər vermir və baş dərisinin qıcıqlanmasına səbəb olmur. Bir sözlə, qarderobunuzda hələ papaq yoxdursa, indi onu əldə etməyin vaxtıdır.



-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
Hadisə1 May 23:15TƏBİB dəhşətli qəzada xəsarət alanların son vəziyyətini açıqladı - Yeniləndi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 1 May 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm








.jpg)

.jpg)



.jpg)




.jpg)










.png)

.jpg)






