Dəb
Moda gecəsinə alt paltarında gəldilər - FOTO
Dekabr ən yaxşıların ən yaxşısını qiymətləndirmək və mükafatlandırmaq ayıdır.
Publika.az xəbər verir ki, dünən ilin yekunları ilə bağlı Londonun məşhur "The Royal Albert Hall"da "The Fashion Awards 2022" moda mükafatlarının təqdim olunma mərasimi keçirilib.
Ən parlaq ulduzlar fotoqraflar qarşısında poza verərək gecədə ən dəbdəbəli paltarlarını nümayiş etdiriblər. Mərasimdə Britaniya kral ailəsinin nümayəndələri də iştirak edib. Keyt Middlton və Şahzadə Uilyam gəlməsə də, ledi Ameliya Vindzor və şahzadə Diananın qardaşı qızları Eliza və Ameliya Spenser qırmızı xalçadan keçiblər.
Mükafatlar təkcə ən yaxşı dizayner və modellərə deyil, həm də modanın gələcək inkişafına və onun irsinin qorunub saxlanmasına mühüm töhfə verən insanlara da təqdim olunub. Qaliblərdən biri əvvəlcədən məlum idi - Cefferson Hak.
Cefferson bu mükafata gənclərə yaradıcılıq yolunda kömək etdiyinə, eyni zamanda moda, dizayn, incəsənət və musiqi sahələrində çalışan yeni nəsil üçün saysız-hesabsız imkanlar yaratdığına görə layiq görülüb.
Gecənin əsas "İlin dizayneri" mükafatı "Valentino" moda evinin kreativ dizayneri Pierpaolo Piççioliyə təqdim olunub.
Ceffersonun məşhur model qızı Keyt Moss gecədə iştirak etməsə də, bir çox dünya ulduzları olub. Qonaqlar arasında Rita Ora xüsusilə seçilib.
O, gecəyə alt paltarında gəlib, üzərinə isə şəffaf qırmızı tül atıb. Rusiyalı model İrina Şeyk də yenidən diqqəti cəlb edib. Nə ilə? Bu dəfə podium modelinin uğursuz ayaqqabıları seksual bədən quruluşunu kölgədə qoyub. Belə ki, qəhvəyi parlaq ziyafət libası seçən ulduz onu eynirəngli zamşa başmaqla tamamlayıb.
"Ən yaxşı Britaniya brendi" nominasiyasında "Wales Bonner" qlaib gılib.
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi










.jpg)





.png)
























