Dəb
Qış stilinin zəruri atributları - FOTO
Yeni il şənliklərinin başlamasına lap az vaxt qalıb. Deməli, parlamağın və seçilməyin əsl vaxtıdır!
Publika.az xəbər verir ki, dizaynerlər bayram üçün hazırladığı kolleksiyalarda bir qayda olaraq həcmli aksessuarlara daha böyük yer verirlər. Məsələn, yolka ağacının oyuncaqlarını xatırladan sırğalar, boyunbağılar və qolbaqlar çox dəbdədir. Belə bəzək əşyaları stilinizə bayram əhval-ruhiyyəsi qatır, həm də toplanmış saç düzümünün fonunda effektli görünür.
Mirvari


Mirvarilər uzun müddətdir trendlərdən kənarda idi. Bu mövsüm isə dəniz daşları hipertrofiyalaşmış formada qarşımıza çıxır. "Giorgio Armani" və "Givenchy" kimi lüks markaların şoularında modellərin obrazları mirvari sırğalar və üzüklərlə bəzədilmişdi. Sözsüz ki, bu detal demokratik brendlərin diqqətindən qaça bilməzdi. Qeyri-standart mirvari aksessuarların daha ucuz versiyalarını demək olar ki, bütün mass-market markalardan tapa bilərsininiz. Yeri gəlmişkən, stilistlər hesab edir ki, belə dəniz daşları 2023-cü ilin ən eleqant bəzək əşyaları olacaq.
Kokteyl üzüklər

Böyük parlaq daşları olan kütləvi üzüklər adətən sağ əlin şəhadət və ya adsız barmağına taxılır. Bu ad üzüklərə ona görə verilib ki, məclisdə kokteyl tutduğunuz aksessuar xüsusilə diqqət cəlb edir. Bununla belə, daşların qiymətli olması şərt deyil. Əvvəllər kokteyl üzükləri birbaşa opera əlcəklərinin üzərinə taxılırdı. Əlcəklərin də mövsümün əsas tendensiyaları siyahısında olduğunu nəzərə alsaq, bu dəb ənənəsini asanlıqla təkrarlamaq olar.
Çiçək motivləri


Bu qış dizaynerlər bizə çiçəksiz qalmağı qadağan edir. Yeni mövsümdə çiçəklər xalta boyunbağıları, üzükləri, bilərzikləri, həmçinin digər zərgərlik və bijuteriyaları bəzəyəcək. Xüsusilə çiçəkli boyunbağılara nəzər salmağı tövsiyə edirik.
Uzun sırğalar


Nəhəng mirvarilərlə yanaşı uzun sırğalar da moda səhnəsinə geri dönüş edib. 2023-cü ildə sırğalar o qədər uzanacaq ki, çiyinlərinizə çatacaqlar. Böyük daşlı monoxrom və ya çox rəngli modellər daha möhtəşəm görünəcək. Belə sırğalar olduqca ağır görünür, lakin heç bir mərasimdə sizi diqqətdən kənarda qalmağa qoymayacaq.
Xalta boyunbağılar



Xalta boyunbağılar formalarını dəyişsə də, bir neçə mövsümdür ki, gündəmdə qalmağa davam edir. Böyük zəncirli xaltalar, mirvari muncuqlar və ya kristal tennis boyunbağılar trendlər arasında gəlir. Belə bəzəklərin aşkar üstünlükləri odur ki, uzun boyunbağılardan daha çox yönlüdür və demək olar ki, hər şeyə uyğunlaşır.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


