Dəb
Rüfət məşhur müğənni üçün elə paltar hazırladı ki... - FOTO
Müğənni Sabrina Klaudio Kaliforniyada səhnəyə dünya şöhrətli azərbaycanlı dizayner Rüfət İsmayılın "Afffair" brendindən geyinib.
Publika.az xəbər verir ki, ulduz cəlbedici libası ilə bütün diqqətləri öz üzərinə toplayıb. Qara tül üzərində gül motivləri ilə bəzədilmiş libasda ulduz, olduqca seksual obraz yaradıb.
Xatırladaq ki, oxşar modelin ağ rəngini Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə də geyinmişdi.
Məlumat üçün bildirək ki, “Afffair” brendinin təsisçisi Rüfət İsmayılın kolleksiyaları Nyu-York, Milan, Florensiya, Tehran və digər şəhərlərin moda həftələrində təqdim olunur. R.İsmayılın kolleksiyası həmçinin məşhur kişi moda sərgisi “Pitti Uomo”da nümayiş etdirilib.
Dizayner bir çox Hollivud ulduzunu da geyindirməyə müvəffəq olub. Onların arasında Cey Lo, Beyons, Aşanti, Dua Lipa və bir çox başqa dünya şöhrətli ulduzları misal çəkmək olar.
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO







































