Dəb
Məşhur müğənninin qızı öz moda imperiyasını necə qurdu? - FOTO
Adətən deyirlər ki, məşhur simaların övladlarına bütün qapılar açıqdır, açarları "sadəcə ölülər” üçün əlçatmazdır. Bu fikirdə müəyyən mənada həqiqət payı olsa da, həyat göstərir ki, valideyinin uğurunu təkrarlaya bilən çox deyil. Adətən zaman hər şeyi öz yerinə qoyur və Stella Makkartninin uğur hekayəsi buna sübutdur. Stella Makkarti atasının kölgəsindən çıxıb bütün dünyaya göstərdi ki, onun gələcəyinə soyadının məşhurluğu deyil, sadəcə istedadı qərar verə bilər!
Publika.az bu yazıda oxucuları “Stella McCartney” moda evinin uğur hekayəsi ilə tanış edib.
Sadə dəyərlər
Stella “The Beatles” qrupunun aparıcı müğənnisi Pol Makkarti ilə Linda İstmanın qızıdır. O illərdə valideynləri “Wings” qrupunda çıxış etdikləri üçün çox gəzirdilər - uşaqları da onlarla səyahət edirdi. Lakin məktəb yaşına çatanda imtiyazlar müvəqqəti olaraq başa çatdı. Gələcək dizayner çox adi bir məktəbə getdi və özünü adi bir yeniyetmə kimi apardı. Atanın şöhrəti qıza ancaq mane olurdu, ondan hər şeyi iki dəfə soruşurdular.
İlk addımlar
O, moda karyerası haqqında 13 yaşında olarkən düşünməyə başladı. Üç il sonra onu Kristian Lakroixin yanında təcrübə keçməyə götürdülər. Qız rok ulduzlarını geyindirən atasının köhnə dostu Edvard Sekstonun atelyesində bacarıqlarını inkişaf etdirməyə davam etdi. Stella etiraf edib ki, atasının əlaqələri olmadan irəli getmək asan deyildi. Həm də onu başa düşürdü ki, istədiyi yerə gəlib çıxması və nüfuzu qazanması üçün uzun zaman lazımdır, ona görə də məsələyə bütün ciddiliyi ilə yanaşırdı. O, əvvəlcə Ravensbourne Dizayn Kollecini, sonra isə Böyük Britaniyada moda təhsili mərkəzi olan Müqəddəs Martins Kollecini bitirdi.
Onun məzuniyyət gecəsi üçün hazırlanmış moda nümayişi London Moda Həftəsindəki yüksək səviyyəli şousu xatırladırdı: podiumda Naomi Kempbell və Keyt Moss kimi məşhur modellər gəzirdi, arxa fonda isə Pol Makkartninin musiqisi səslənirdi. Belə bir zəfəri qiymətləndirməmək mümkün deyildi. Odur ki, 1997-ci ildə Stella “Chloé”nin yaradıcı direktoru təyin edildi.
Böyük səs-küy
Qeyd etməliyik ki, gənc dizayner Karl Lagerfeldin yerinə təyin olunmuşdu. Bu cür kadr dəyişiklikləri hər kəsdə suallar yaradırdı. Qızın cəmi 25 yaşı var idi, təhsilini yeni bitirmişdi, amma nüfuzlu moda evinin maesterosunu əvəz etməli idi. Karlın özü də qızın uğuruna inanmır və hesab edirdi ki, markaya yalnız onun soyadı nəsə verə bilər. Tənqidçilər də buna şübhə ilə yanaşırdılar. Ancaq ilk kolleksiya hər şeyi həll etdi. Məşhur modellər mükəmməl kombinasiyalarda və bədənlərinə tam oturan mini ipək libaslarda podiuma çıxdılar. Sekston atelyesində qazandığı təcrübə öz sözünü deyirdi. Nümayişin əsas qonaqları arasında ön sırada əyləşən “The Beatles” üzvləri idi, peşəkarlar və modapərəstlər isə brendə yenidən aşiq olmuşdular. Stella mühafizəkar moda evinin aurasını dağıtmağa və geyiminin kommersiya baxımından uğurlu ola biləcəyini sübut etməyə müvəffəq oldu. Və əminliklə demək olardı ki, qızın tanınmış soyadının bununla heç bir əlaqəsi yoxdur.
Dizayner uğurunu dayanmada artırırdı. Məsələn, 2000-ci ildə Qay Riçi ilə ailə quran Madonnanın gəlinlik paltarını Stella hazırladı. Onun 2001-ci il kolleksiyası hələ də ikonik sayılır. Hətta məşhur serialın modapərəst qəhrəmanı Kerri Bradşou da onun paltarlarını geyinməyə başladı. Moda triumfunun nəticələri özünü çox gözlətmədi: “İlin dizayneri” seçilən Stella sonradan öz brendini yaratmağa qərar verdi.
Yalnız irəli!
2001-ci ildə dizayner “Kering” ilə birləşərək “Stella McCartney” moda evini təsis etdi. Brendin fəlsəfəsini 2000-ci illərin əvvəllərində çox qəribə və anlaşılmaz olan ekoloji modanın prinsipləri ehtiva edir. Stella xəz və dəridən istifadə etmirdi və hamı bu səbəbdən brendin gəlirlərinin əhəmiyyətli hissəsini itirdiyini düşünürdü. Lakin Makkartni öz ideallarına inanırdı - o, gəncliyindən vegetarian idi, eyni zamanda heyvan hüquqlarının fəal müdafiəçisi idi və PETA təşkilatını dəstəkləyirdi. Əzm həmişə öz bəhrəsini verir, buna görə də Stellanın kolleksiyaları diqqət mərkəzində qalmaqda davam edirdi.
Dizayner əməkdaşlıqlara həmişə açıqdır. Məsələn, 2012-ci ildə London Olimpiadasında Britaniya komandası idmançıları üçün forma yaradıb, həmçinin “Disney” üçün zinət əşyaları hazırlayıb. Stella digər moda evləri ilə də birlikdə daim yeni geyim xəttləri inkişaf etdirir.
Məşhurlar “McCartney”nin geyimlərinin təmkinli üslubları və qüsursuz kəsimlərini çox sevirlər. Məhz Stella Meqan Marklın kral geyim kodu qaydalarına uyğun qarderobunu yığmağa kömək etdi və ikinci gəlinlik paltarından cavabdeh idi. Lakonik obrazların pərəstişkarı olan Amal Kluni də daim moda evindən geyimlər seçir.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO