Digər
Azərbaycanlı jurnalisti kimlər və necə öldürdü? – Təfərrüatlar MƏLUM OLDU
Dünən Azərbaycan əsilli məşhur ilahiyyatçı-filosof, yazıçı və politoloq, mərhum Heydər Camalın oğlu, müstəqil jurnalist Orxan Camal, operator Kiril Radçenko və rejissor Aleksandr Rastorquyev Cənubi Afrika Respublikasında qətlə yetirildilər. Onların bu ölkəyə Mixail Xodorovskinin “Araşdırmaların İdarə olunması Mərkəzi” tərəfindən göndərildiyi bildirilir.
Publika.az xəbər verir ki, “The Associated Press” agentliyi hadisənin bəzi təfərrüatlarını öyrənə bilib.
Agentlik Sibut şəhərinin məmuru Marselino Yoyoya istinadən bildirib ki, rusiyalı jurnalistlərə ərəbcə danışan insanlar qrupu hücum edib. Onun sözlərinə görə, jurnalistlər şəhəri yerli vaxtla axşam saat 19:00 radələrində tərk ediblər və hücum təxminən şəhərdən 23 kilometr məsafədə həyata keçirilib.
“Təhlükəsizlik gücləri jurnalistlərdən getməməyi istədilər, çünki artıq qaranlıq idi. Onları yalnız ərəb dilində danışan təxminən on insan saxlayıb. Jurnalistləri yerdə öldürüblər, onların sürücüsü qaçaraq baş verənlər haqqında hakimiyyətə bildirdi”, - Yoyo bildirib.

Dünən Sibut şəhərinin mer Anri Depele bildirib ki, rusiyalıları pusqudan atəşə tutublar. Onun məlumatlarına görə, çəkiliş qrupunun üzvlərini axşam saat 22:00 ətrafında öldürüblər.
“Sürücü danışdı ki, Sibutun 23 kilometrliyində olanda silahlı insanlar kollardan çıxaraq avtomobilə atəş açdılar. Üç jurnalist dərhal həlak oldu”, - Depele deyib.
Məlumata görə, ruslar "Vaqner" özəl hərbi şirkətlə bağlı sənədli filmin çəkilişlərində iştirak edirmiş. “Araşdırmaların İdarə olunması Mərkəzi”nin baş direktorunun müavini Anastasiya Qorşkova deyib ki, jurnalistlər paytaxt Bangiyə iyulun 28-də gəliblər və növbəti gün “Vaqner” muzdluların olduğu Berenqodakı malikanəyə yollanıblar. Mərkəzi Afrika Respublikasının hakimiyyətindən akkreditasiyanın olmadığı əsas gətirilərək jurnalistləri içəri buraxmayıblar. Mərkəzi Afrika Respublikası isə akkreditasiyanı beş gün sonra verəcəyinə söz vermişdi.
Ömər
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO
-
Nida Xəbər 12:39Əli Əsədov sərəncam imzaladı
-
İdman11:18Ronaldonun toyuna dəvət etdiyi məşhurlar: Rihanna, Həbib, Mbappe, Lopes...
-
Region10:23Ermənistanda Putinlə Paşinyanın telefon söhbətindən narahatdırlar: Moskva ona inanmır
-
Pul09:59Sosial büdcədə rekord: Maaş və pensiyalar artır?
-
İdman09:34Ulduz futbolçu qalmaqallı FOTOLARI haqda - Evli kişiyəm
-
Magazin109:13Bloger Səidə Bəkirqızını yenidən məhkəməyə verdi






















.jpg)
















