Digər
Yanvarın 22-də QƏTİ QƏRAR VERİLƏCƏK: torpaqlar qaytarılacaq, yoxsa... – GÖZLƏR MOSKVADA
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Yaponiyanın Rusiya ilə sülh müqaviləsi üzrə danışıqları Tokionun “torpaqları ucuz almaq” cəhdi adlandırıb.
Publika.az xəbər verir ki, partiya lideri bu haqda “Lenta.ru” saytına müsahibəsində bildirib.
O xatırladıb ki, Yaponiya faşist Almaniyası ilə birlikdə II Dünya müharibəsi zamanı “Üçlər ittifaqı”nda idi və dəfələrlə Rusiyaya hücum edib. Onun sözlərinə görə, rus əsgərinin ayağı heç vaxt öz iradəsi ilə yapon torpağına dəyməyib.
“Onlar həmişə Urala qədər rus torpaqlarını tutmağı arzulayırdılar”, - siyasətçi deyib.
Jirinovski ümidvar olduğunu bildirib ki, yaponlar bir metr rus ərazisini belə heç vaxt almayacaqlar.
“"Ən azından, biz Liberal Demokrat Partiyasında buna qarşıyıq”, - partiya lideri vurğulayıb.
Jirinovski yaponlara alternativ həll təklif edib: Rusiyada işləmək.
“Yaponlar Kuril adaları məısələsində niyə dirəniblər? Saxalin, Kamçatka, Xabarovsk, Maqadan, Sibir mənimsənilməmiş ərazilərdir. Harada istəyirsinizsə, işləyin, fabrikləri tikin, kənd təsərrüfatı məhsullarını yetişdirin. Bayraq Rusiya bayrağı olacaq, əgər sizdə ərazilər çatışmırsa, siz sakitcə Rusiyada işləyin. Müasir dünyada sərhədlər keçmişdəki kimi rol oynamır”, - o hesab edib.
Qeyd edək ki, yanvarın 22-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın baş naziri Sindzo Abe sülh müqaviləsi haqqında danışıqlaı aparacaq. Yaponiya Rusiyadan Cənubi Kuril adalarını verməyi tələb edir. 2018-ci il noyabrın 14-də liderlər arasında görüş keçirilib. Onlar 1956-cı il oktyabrın 19-da imzalanan Birgə bəyannamə əsasında sülh müqaviləsi üzrə danışıqların aktivləşdirilməsi haqqında razılaşıblar.
Qeyd edək ki, Yaponiya və Rusiya indiyə qədər Kunaşır və İturub adaları, həmçinin Kiçik Kuril dağ silsiləsi barədə mübahisəyə görə sülh müqaviləsi imzalamayıblar. Bu ərazlər İkinci Dünya müharibəsinin sonuna yaxın SSRİ-yə keçib. Yaponiya onları özünün “şimal əraziləri” hesab etməyə davam edir. Tokio ərazi probleminin həlli vasitəsilə müqavilənin imzalanmasında təkid edir.
Daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirdi ki, Kuril adaları üzərində müstəqillik məsələsi müzakirə edilmir. O vurğulayıb ki, Kuril adaları üzərində Rusiyanın müstəqilliyinin Tokio tərəfindən tanınması olmadan sülh müqaviləsi üzrə danışıqlarda irəliləyiş çətin olacaq.
Ömər
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL



































.jpg)
