Dünya ŞOKDA: İŞİD 359 nəfərin həyatına son qoydu - YENİLƏNDİ
Bizi izləyin

Digər

Dünya ŞOKDA: İŞİD 359 nəfərin həyatına son qoydu - YENİLƏNDİ

Aprelin 21-də Şri-Lankada kilsə və otellərdə törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 359 nəfərə çatıb.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda polisə istinadən “Ada Derana” portalı bildirib.

Daha əvvəl 321 nəfərin öldüyü, 520-nin yaralandığı açıqlanmışdı.

“Ada Derana”nın məlumatına görə, terror aktlarında iştirakda şübhəli bilinən daha 18 nəfər saxlanılıb. Daha əvvəl 40 şübhəlinin saxlanıldığını deyilirdi.

Qeyd edək ki, partlayışlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Ancaq təşkilat hücumlarda iştirakı ilə bağlı sübutları göstərməyib.

***

Şri-Lankada törədilmiş səkkiz partlayış nəticəsində ölənlərin sayı artıb.

Bu barədə "Hindustan Times" polisdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, partlayışlar zamanı ölənlərin sayı 290 nəfərə çatıb. Terror aktı nəticəsində həmçinin 500-ə yaxın insan yaralanıb.

Qeyd edək ki, Şri-Lankada bazar günü silsilə partlayışlar törədilib. Son məlumatlara görə, həlak olanlar arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Çin, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları da var.

Şri-Lankanın hüquq-mühafizə orqanları artıq partlayışlarda iştirakda şübhəli bilinən 13 nəfəri saxlayıb ("Report").

***

Aprelin 21-də Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə yerli polisə istinadən "News First" telekanalı məlumat yayıb.

Yaralıların sayının isə 600-a yaxın olduğu bildirilir.

Şri-Lankada kilsə və hotellərdə törədilmiş silsilə partlayışlarla əlaqədar ölkədə komendant saatının tətbiqinə başlanılıb.

Hökumətin təhlükəsizlik məsələləri ilə əlaqədar qəbul etdiyi qərara əsasən saat 18:00-dan səhər 6:00-dək komendant saatı qüvvədə olacaq.

Bundan başqa, yanlış məlumatların yayılmasının qarısının alınması məqsədi ilə ölkədə "Facebook" və "WhatsApp" da daxil olmaqla sosial şəbəkələrin və messencer xidmətlərinin fəaliyyəti blok edilib. Şri-Lanka Prezidentinin katibi Udaya Senevirant deyib ki, bu qərarlar müvəqqəti xarakter daşıyır.

Bildirilir ki, paytaxtdakı "Bandaranaike" beynəlxalq hava limanından bütün daxili uçuşlar təxirə salınıb. Yerli mətbuatın xəbərlərinə əsasən hüquq-mühafizə orqanları partlayışlarla əlaqəsi olmaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.

***

Şri-Lankada 7-ci patlayış baş verib.

Publika.az xəbər verir ki, partlayışın paytaxt Kolombo yaxınlığında yerləşən “Dehivela” zooparkı ilə üzbəüz “Tropikal İnn” hotelində baş verdiyi bildirilir. Qeyd edək ki, bundan əvvəl Kolombo, Neqombo və Battikaloa şəhərlərində yerləşən “Koççikade”, “Katana” və “Battikaloa” kilsələrində, həmçinin paytaxtdakı beş ulduzlu “Sanqri-La”,”Çinnamon Qrand” və “Kinqsböri” hotellərində meydana gələn partlayışlarda 200-ə yaxın insan ölüb, 500-ə yaxın yaralı var. Ölənlərin 35-nin xarici vətəndaş olduğu deyilir.

Teraktın məsuliyyətini heç kim öz üzərinə götürməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm