Avropa
Nüvə silahı ilə bağlı gizli qanun - Rusiyanın sərhədində nə baş verir?
Finlandiya hakimiyyəti nüvə silahının ölkə ərazisindən tranziti haqqında qanunu gizli şəkildə hazırlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Sol Alyans" partiyasının sədri Minya Koskela bildirib.
"Qanunvericilik hazırlığının gizli aparılması və layihə barədə məlumatın parlamentdən gizlədilməsi qəbuledilməzdir", — deyə partiya rəhbəri bildirib.
Koskela əlavə edib ki, adətən qanun layihələri haqqında əsas məlumatlar ictimaiyyət üçün açıq olur. Onun sözlərinə görə, təşəbbüslərin hazırlanma mərhələsində parlamentarilərlə məsləhətləşmələr aparılmalıdır.
Martın 5-də "Yle" teleradioşirkəti məlumat verib ki, Finlandiya hökuməti nüvə silahının ölkə ərazisindən tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması imkanlarını müzakirə edir. Atom enerjisi haqqında qüvvədə olan qanun nüvə partlayıcı maddələrinin idxalını, istehsalını və saxlanmasını qadağan edir ki, bu da faktiki olaraq onların Finlandiya vasitəsilə daşınmasını qeyri-mümkün edir. Bu müzakirələr ölkənin NATO-ya daxil olması və Avropa təhlükəsizlik sistemindəki dəyişikliklər fonunda aparılır.
Martın 6-da Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen təsdiqləyib ki, Helsinki nüvə silahının ölkə ərazisinə gətirilməsinə icazə verəcək. Qurum rəhbərinin sözlərinə görə, dövlət "Rusiyanın reaksiyasına hazırdır".
Xatırladaq ki, Finlandiya Rusiya ilə qonşudur. Bu iki ölkə arasındakı sərhədin uzunluğu təxminən 1340 kilometrdir. Bu, həm Rusiya, həm də Avropa İttifaqı üçün kifayət qədər əhəmiyyətli və uzun bir sərhəd xətti hesab olunur.
2023-cü ildə Finlandiyanın NATO-ya üzv qəbul edilməsindən sonra bu sərhəd həm də NATO ilə Rusiya arasındakı birbaşa təmas xəttinin xeyli uzanması mənasına gəlir.
Hüseyn İbadlı
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)























