Digər
Müsəlman ölkəsinin paytaxtı dəyişdirilir
İndoneziyanın paytaxtı Yava adasındakı Cakarta şəhərindən köçürüləcək. Buna səbəb paytaxt əhalisinin ifrat şəkildə artaraq 10 milyona yaxınlaşması nəticəsində bir çox problemlərlə üz-üzə qalmasıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkə prezidendi Coko Vidodo ötən gün keçirdiyi mətbuat konfransında məlumat verib.
O, hökumətin son üç il ərzində apardığı hərtərəfli araşdırmalar nəticəsində yeni paytaxtı Şərqi Kalimantan əyalətində, Şimali Penacam və Kutai Kertaneqara bölgələri arasında salmaq qərarına gəldiklərini açıqlayıb. Hökumət bu barədə müvafiq qanun layihəsi hazırlayıb Xalq Nümayəndələri Evinə (parlament) təqdim edəcək və təsdiqlənəcəyi təqdirdə tikinti işlərinə xüsusi ayrılmış 40 min hektaradək ərazidə gələn ildən başlanacaq. Hökumət qurumlarının 2024-cü ildə yeni məkana köçürülməsi başlanacaq.
Dövlət başçısı Kalimantan adasının şərq sahillərində, Balikpapan şəhərindən cənub-qərbdə (Cakartadan 1000 kilometrdən artıq məsafədə) yerləşəcək və təqribən, 1,5 milyon əhalisi olacağını güman etdikləri yeni paytaxtın salınmasının 466 trilyon rupiyəh, yəni 32,7 milyard ABŞ dollarına başa gələcəyini, bu vəsaitin 19 faizinin dövlət büdcəsindən, qalan hissəsinin də ictimai-özəl tərəfdaşlardan və özəl mənbələrdən cəlb olunacağını da bildirib.
Qeyd olunur ki, İndoneziyanın nəhəng əhalisinin 60 faizinin cəmləşdiyi Yava adasından dörd dəfə böyük olduğu halda milli məhsulun onda birindən də az hissəsini verən Kalimantan adası arxipelaqın mərkəz hissəsində yerləşdiyi, burada həmçinin Malayzia və Bruney ərazilərinin də olması baxımdan da paytaxt üçün əlverişli sayılır.
Yeni paytaxtın daha çox siyasi-inzibati mərkəz kimi düşünüldüyü halda Cakartanın ölkənin iqtisadi mərkəzi olaraq qalacağı güman edilir.
-
Köşə17:10“Bu zirvə Everestdən daha böyükdür” - Cəbrayılda dərs deyən müəllim
-
Sosial16:23Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili...
-
İqtisadi gündəm15:53Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
-
Magazin114:40Qalmaqal Faiq Ağayevin toyunda başladı - Nazpəri Dostəliyeva
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO


















.jpg)














.png)

.jpg)





