Digər
Husilərdən Səudiyyəyə İKİNCİ ZƏRBƏ: milyardlarla dolları göyə sovurdular, minlərlə əsgəri və... - FOTO
Nəhəng neft şirkəti “Saudi Aramco”nu bombalayan Yəmənin Husi üsyançılarından Səudiyyə Ərəbistanına ikinci zərbə gəlib.
Publika.az xəbər verir ki, üsyançılar Səudiyyə Ərəbistanının cənub sərhəddində yerləşən Nəcran şəhərində keçirdiyi genişmiqyaslı hərbi əməliyyatda iki mindən çox koalisiya əsgərini əsir götürdüklərini, 200-dən çox əsgəri öldürdüklərini, ərəb koalisiyasının üç alayının darmadağın edildiyini və yüzlərlə zirehli texnikanın ələ keçirildiyini söyləyib.
Əməliyyatların görüntüləri də anbaan dərc edilib. Bu proseslər Səudiyyə Ərəbistanının hərbi kifayətliliyini şübhə altına alıb. Ordunun Husilər üzərində üstünlük əldə edə bilməməsi və Ər-Riyadın iddialar qarşısında səssiz qalması diqqət çəkir.
Husilərin hərbi sözçüsü Yahya Seri təşkil etdiyi mətbuat konfransında Silahlı Pilotsuz Uçuş Aparatları ilə 20-dən çox əməliyyat təşkil etdiklərini, bunlardan birinin paytaxt Ər-Riyaddakı həssas hərbi bir hədəfə gerçəkləşdirildiyini deyib.
Səudiyyə Ərəbistanı son 5 ildə ən çox silah alan ölkə mövqeyindədir. Ər-Riyad sadəcə 2018-ci ildə silaha 67 milyard dollar xərcləyib. Yəməndə 4 ildir davam edən hərbi qarşıdurmada torpaq itirməsi və Husilərin hücumlarına yaxşı cavab verə bilməməsi müdafiəyə xərclənən milyardlarla dolların havaya sovurulduğu sualını ağıllara gətirir.
Qeyd edək ki, Səudiyyə silahlarının 68%-ni ABŞ-dan, 16%-ni İngiltərədən, 4,3%-ni isə Fransadan tədarük edir.
Xatırladaq ki, sentyabrın 14-də Husilər Səudiyyə Ərəbistanının ən böyük neft platforması olan "Saudi Aramco"nu partlatmışdı.
Zümrüd
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?










.jpg)















.webp)










