Digər
Alış-veriş mərkəzində girov götürülən 30 nəfərin aqibəti bəlli oldu - Cinayətkardan üzr istədilər (YENİLƏNDİ)
Filippində fəaliyyət göstərən “V-Mall” ticarət mərkəzində girov götürülənlərin hamısı sərbəst buraxılıb.
Publika.az RİA “Novosti”yə istinadən xəbər verir ki, polis 30 nəfəri girov götürən ticarət mərkəzinin keçmiş mühafizəçisi ilə bir neçə saat danışıqlar aparıb.
Bu müddət ərzində cinayətkar şəxs tələblərini səsləndirib. O, işdən çıxmasında mühafizə idarəsinin rəhbərliyini günahlandırıb.
Rəhbərlik isə ondan üzr istəyib və istefa verməyə hazır olduğunu bildirib.
***
11:43
Filippinin San Xuan şəhərindəki alış-veriş mərkəzində 30 nəfər sabiq polis tərəfindən girov götürülüb.
Publika.az xəbər verir ki, yerli mətbuatda gedən xəbərlərə görə, AVM-də silah səsləri eşidilib və bina polis tərəfindən mühasirəyə alınıb. İçəridə qalan müştərilər təxliyə olunub.
Girovlardan biri yaralıdır. Təcili tibbi yardım briqadaları binanın həyətində gözləməkdədir.
Zümrüd
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO







































