Digər
Afrikada koronavirusa yoluxanların sayı 1 milyona yaxınlaşdı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatında Afrikada COVID-19-a yoluxanların sayının 950 minə çatdığı, 20 mindən çox insanın isə həyatını itirdiyi bildirilir.
Publika.az xəbər verir ki, pandemiya ilə bağlı qitənin fəlakət zonası Cənubi Afrika Respublikası (CAR) hesab olunur. Belə ki, Afrikada yeni növ koronavirusa yoluxanların 50 faizə yaxını – 503 min nəfər məhz bu ölkədədir. CAR-da 8 mindən çox insan isə COVID-19-un qurbanı olub. ÜST və digər beynəlxalq təşkilatlar Afrikanın bir çox ölkəsində əhalinin testdən keçirilməsi üçün imkanların olmadığını qeyd ediblər. Bildirilib ki, əslində, bu qitədə pandemiyanın yayılması daha sürətlə davam edir.
Afrikada COVID-19 pandemiyasının daha çox yayıldığı ikinci ölkə olan Misirdə 95 minə yaxın yoluxma qeydə alınıb, 4834 insan isə həyatını itirib. Eyni zamanda, son 24 saat ərzində bu ölkədə iyun ayından bəri ən az – 29 ölüm faktı olub. Yeni növ koronavirusun geniş yayıldığı digər Afrika ölkələri Nigeriya, Qana, Əlcəzair, Mərakeş və Keniyadır.
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır













.jpg)
























