Digər
Hindistan-Çin sərhədində QARŞIDURMA – Böyük münaqişə başlayır?
Hindistan Müdafiə Nazirliyi Ladax sərhəd bölgəsində Çin hərbçiləri ilə qarşıdurma olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, Rusiyanın “Sputnik” radiosunun efirində Siyasi Analiz İnstitutunun direktoru, Ali İqtisadiyyat Məktəbinin professoru Aleksandr Şpunt vəziyyəti şərh edib.
"Hindistan-Çin qarşıdurması əsrlər boyu davam edir, bu bölgədə mövcud olan iki meqasivilizasiya heç vaxt dinc yaşamayıb. Bu da başa düşüləndir. Hər ikisi Cənub-Şərqi Asiyanın ən böyük ölkələrinin başçısı olduqlarını iddia edir. Mövcud vəziyyət sözün əsl mənasında ərazidə bir neçə kilometr və əslində bir dağ keçidinin olması ilə əlaqədardır. Çox uzun müddət hər iki tərəf orada olub. İndi isə Çin bu keçidlə daha çox istifadə etdikləri nəqliyyat dəhlizini inkişaf etdirir. Buna görə də oraya silahlı qoşunlar yerləşdirildi. Lakin bu, tamamilə yerli qarşıdurmanın çərçivədən çıxacağını və ciddi münaqişəyə çevriləcəyini düşünmək üçün heç bir əsas vermir. Əsrlər boyu tərəflər bütün bunları kiçik, yerli qarşıdurmalar səviyyəsində saxlamağı öyrənib”, - A. Şpunt deyib.
Qeyd edək ki, Hindistan Müdafiə Nazirliyinin yaydığı məlumatda hind ordusunun ölkənin ərazi bütövlüyünü qorumaqda qərarlı olduğu bildirilib. Pekin isə öz növbəsində Çin sərhədçilərinin faktiki nəzarət xəttini keçmədiyini qeyd edib.
Akqabay
-
MDB14:08Məşhur Xalq artisti 88 yaşında vəfat etdi
-
Magazin213:03Kasselin keçmiş arvadı hamamdan elə foto paylaşdı ki... - FOTO
-
MDB11:52Gəzməyə gedən 4 uşaq yoxa çıxdı - FOTO
-
Region11:30İrəvanda daha bir hindistanlı müəmmalı şəkildə öldü
-
Digər11:11Barda dəhşətli atışma: 10 nəfər öldü
-
Səhiyyə10:52Həkim bağırsağı sağlam saxlayan məşhur içkilərin adını açıqladı
-
Magazin209:43Məşhur aktyor öldü
-
İKT09:32Bu ölkə süni intellektə 9 milyard dollar ayırır

























