Digər
Braziliya, Hindistan və CAR Qərbdən imtina etməyəcək- Politoloq
BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələrinin illik sammiti videoformat çərçivəsində həyata keçirilib. İyunun 23-də reallaşan sammitə Çin sədrlik edib. Bundan əvvəlki sədr Hindistan idi. Videoformat çərçivəsində keçirilən sammitdə problem yaşanıb. Rusiya mətbuatı liderlərin müzakirəsi zamanı səs probleminin olduğunu yazıb, yəni liderlər bir-birlərini eşitməkdə çətinlik çəkiblər. Tərçüməçilərin səsini eştimək mümkün olmayıb.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Rusiya ilə tərəfdaşlıq münasibətlərində olan dövlətlərin liderləri Putini rahatsız etmək istəməyiblər: "Keçən sammitdən ötən müddətdə beynəlxalq aləmdə müxtəlif dəyişikliklər baş verib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayıb, Qərbin Rusiyaya qarşı sanksiyaları sərtləşib, Çin bölgədə hərbi gücünü artırıb, ərzaq problemi dərinləşib və s. Maraqlıdır ki, videoformat çərçivəsində keçirilən sammitdə heç bir lider Ukrayna müharibəsindən danışmayıb, ümumiyyətlə Ukrayna sözünü tələffüz etməyiblər. Rusiya prezidenti Vladimir Putin başqalarıyla bu mövzunu müzakirə etmək istəmir. Digər tərəfdən heç bir lider, o cümlədən tərəfdaşlar Rusiyanın Ukraynaya qarşı müharibədə haqlı olduğunu vurğulamaq istəmir".
E.Şahinoğlu vurğulayıb ki, BRİKS liderləri sammitdə dünya ticarətindəki mövcud vəziyyəti və öz aralarında iqtisadi əlaqələrin gücləndirilməsi mövzularını müzakirə ediblər:
"Bunu reallaşdırmaq çətindir. Çünki BRİKS təşkilatının iki əsas üzvü – Rusiya və Çinə qarşı müxtəlif sanksiyalar mövcuddur. Digər tərəfdən, BRİKS üzvü Hindistanın Çinlə sərhəd problemi var və buna görə Delhi Pekinlə iqtisadi əlaqələri və ticarəti gücləndirməyə risk etmir. Əksinə, sərhəddə baş verən son insidentdən sonra Delhi Pekinlə planlaşdırdığı bir sıra ortaq iqtisadi layihələrdən imtina edib. Həm də Rusiya və Çindən fərqli olaraq BRİKS-in digər 3 üzvü – Braziliya, Hindistan və Cənubi Afrika Respublikası ABŞ və Avropa ilə iqtisadi əməkdaşlığın inkişafına və strateji əlaqələrə çalışırlar. Odur ki, BRİKS sadəcə fikir mübadiləsi üçün bir platformadır. Braziliya, Hindistan və Cənubi Afrika Respublikası Rusiya və Çinin xeyrinə Qərblə sıx əməkdaşlıqdan imtina etməyəcəklər. Təsadüfi deyil ki, Hindistan və Cənubi Afrika Respublikası “böyük yeddilərin” toplantısına dəvət olunmuşdrular. Rusiya BRİKS-ə yeni üzvlər qoşmağa cəhd etsə də, bu təşkilatın ABŞ və müttəfiqlərinin formalaşdırdıqları təşkilatlardan üstün olacağı və ya onlarla rəqabət aparacağı problematikdir".
Rahib
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR





















.jpg)














