Digər
Sabiq müdafiə nazirinin müavini edam edildi
İranın keçmiş müdafiə nazirinin müavini Əlireza Əkbəri asılaraq edam edilib.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" yazır.
Məlumata görə, məmur vətəndaşlığını daşıdığı Böyük Britaniyanın xeyrinə casusluq etdiyi üçün edam cəzasına məhkum edilib.
Qəzetin İran dövlət mediasına istinadla verdiyi xəbərə görə, “İngiltərə hökumətinin kəşfiyyat xidmətinə casusluq edərək yerdə korrupsiya və ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı genişmiqyaslı fəaliyyətlərdə ittiham olunaraq edam cəzasına məhkum edilən Əkbəri edam edilib”.
Qeyd edildiyi kimi, Əkbərinin edam olunması ilə bağlı məlumatlar bir sıra Britaniya rəsmilərinin sabiq nazirə hökmün dəyişdirilməsi xahişi ilə İran rəhbərliyinə zənglərindən sonra ortaya çıxıb. Xüsusilə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Tehrandan Əkbərinin edam planlarından əl çəkməsini tələb edib.
Ayşən
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































