Sonuncu azərbaycanlı müharibə bölgəsindən xilas olundu
Bizi izləyin

Dünya

Sonuncu azərbaycanlı müharibə bölgəsindən xilas olundu

Yəməndə qalan sonuncu azərbaycanlı da təxliyyə olunub.


Publika.az xəbər verir ki, Rusiya və digər MDB ölkələrindən olanları Yəməndən təxliyyə edən təyyarə bu gecə Domodedova aeroportuna enib.


118 nəfərin olduğu təyyarədə sərnişinlərin 42 özbək, 13 rusiyalı, 8 ukraynalı, 7 tacik, 3 moldovalı, 2 efiopiyalı və 1 azərbaycanlı olub.


Qeyd edək ki, bir neçə ay öncə husilərlə mərkəzi hökumət arasında başlanan silahlı qarşıdurma hələ də davam edir. Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya ilə şiə qruplaşmaları arasında şiddətli müharibə gedir. “Ənsar Allah” şiə hərəkatına qarşı BMT qüvvələrinin hərəkətə keçəcəyi gözlənilir. Yəməndə olan bir qrup azərbaycanlı bir müddət əvvəl təxliyyə olunmuşdu. Hazırda Yəməndə Azərbaycan vətəndaşlarının qalmadığı deyilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm