Dünyada ən çox silah alan və satan 10 ölkə - SİYAHI
Bizi izləyin

Dünya

Dünyada ən çox silah alan və satan 10 ölkə - SİYAHI

IHS Global Insight (İHS) təşkilatı ən çox silah alan və satan 10 ölkənin adını açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatın hazırladığı hesabata görə, silah satan ölkələrin ən böyük bazarı Yaxın Şərq regionudur.

Qarşıdakı 10 il ərzində Yaxın Şərqin 110 milyard dollarlıq bir silah bazarı olacağı bildirilir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin silaha xərclədiyi pul bütün Qərbi Avropa ölkələrinin silaha xərclədiyi puldan daha çoxdur.

Səudiyyə Ərəbistanı dünyanın ən böyük silah alıcısı olan Hindistanı 2014-cü ildə geridə qoyub. Səudiyyə Ərəbistanında xərclənən hər 7 dollardan 1 dolları silah üçün xərclənir.

Böyük Britaniyanın silah satışında ən əhəmiyyətli müştəriləri Səudiyyə Ərəbistanı, İndoneziya, İsveç və Nigeriyadır. Türkiyə silah alan ölkələr arasında 2014-cü ildə doqquzuncu yerdə qərarlaşıb.

2014-cü ildə ən çox silah alan ölkələr

1.Səudiyyə Ərəbistanı

2.Hindistan

3.Çin

4.Birləşmiş Ərəb Əmirlikləri

5.Tayvan

6.Avstraliya

7.Cənubi Koreya

8.İndoneziya

9.Türkiyə

10.Pakistan

2014-cü ildə ən çox silah satan ölkələr

1.ABŞ

2.Rusiya

3.Fransa

4.Böyük Britaniya

5.Almaniya

6.İtaliya

7.İsrail

8.Çin

9.İspaniya

10.Kanada

2014-cü ildə ən çox silah satan 10 şirkət isə aşağıdakılardır:

1.Boeing

2.Lockheed Martın

3.Raytheon

4.Airbus Group

5.UAC

6.Russian Helicopters

7.United Tech Corp.

8.BAE Systems

9.Thales

10.Finmeccanica

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm