Dünya
Türkiyə Suriya ilə bağlı Rusiyaya əməkdaşlıq təklif etdi
Türkiyə Müdafiə Nazirliyi Rusiyaya Suriyada birgə işçi qrupunun yaradılması barədə təklif edib.
Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ankaradakı səfirliyinin hərbi attaşesi Türkiyə Müdafiə Nazirliyinə çağırılıb və sözügedən təklif ona çatdırılıb. Türkiyə tərəfinin yaratmaq istədiyi işçi qrupu Rusiya ordusunun Suriyada həyata keçirdiyi hava əməliyyatları zamanı baş verə biləcək xoşəgəlməz hadisələrin qarşısını almalıdır.
Rusiya təkliflə bağlı mövqeyini hələ açıqlamayıb.
Rusiyanın müdafiə nazirinin köməkçisi Anatoli Antonov isə Türkiyə hava məkanının rus qırıcıları tərəfindən pozulmasından sonra yaranan vəziyyəti müzakirə etmək üçün türkiyəli həmkarlarını Moskvaya dəvət edib.
-
Elm və təhsil03:18Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət
-
Qoroskop01:40Günün ulduz falı: Güclü emosiyalar sizi sarsıda bilər...
-
Dünya00:45“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı - Foto
-
Nəqliyyat10 Aprel 22:48Bakının mərkəzi ərazilərində yenilik tətbiq ediləcək - Video
-
Magazin110 Aprel 20:36"Nikosayağı" aylar sonra göründü: qardaşının toyunda - Video
-
Dünya10 Aprel 19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat10 Aprel 19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama
-
Nida Xəbər 10 Aprel 16:34Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir




































