Sosial
Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
Bakıda bağ evlərinin aylıq kirayə qiymətləri 1 000 manatdan başlayaraq 40 min manatadək dəyişir.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, yay mövsümünün başlamasına hələ xeyli vaxt qalsa da, bağ evləri artıq indidən bron edilir. Vətəndaşlar evləri həm günlük, həm də aylıq olaraq kirayələyirlər. Qiymətlərin yüksək olmasına baxmayaraq, tələbat kifayət qədər çoxdur.
Rieltor Hacıbala Quliyevin sözlərinə görə, 1 000-1 500 manatlıq evlərə tələbat böyük olsa da, bazarda bu qiymət kateqoriyasında olan mənzillərin sayı azdır. Kirayəçi olmaq istəyənlər isə seçim edərkən əsasən evin təmirinə və otaqların sayına önəm verirlər.
Mütəxəssislər bildirirlər ki, yay fəsli yaxınlaşdıqca bağ evlərinin kirayə qiymətlərində artım müşahidə edilə bilər.
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı
































